Dövlət Statistika Komitəsi iqtisadiyyatda işləyənlərin sayı və əməkhaqqı barədə hesabat yayıb. Novator.az bildirir ki, rəsmi açıqlamaya görə, 2020-ci il iyunun 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 681,7 min nəfər olub, onların 930 min nəfəri dövlət sektorunda, 751,7 min nəfəri qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqının 2019-cu ilin ilk beş ayına nisbətən 24,9 faiz artaraq 728,9 manata çatdığı vurğulanır.