Prezident İlham Əliyev Dövlət Neft Fondunun (DNF) 2019-cu il büdcəsinin icrasını təsdiqləyib. Rəsmi sənəddə gəlirlər 19 milyard 30,6 milyon manat, xərclər 11 milyard 588,6 milyon manat göstərilir.
Fond 2019-cu ildə dövlət büdcəsinə 11 milyard 364, 3 milyon manat köçürüb, məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı tədbirlərə 199, 9 milyon manat xərcləyib.
Qurumun idarə edilməsi ilə bağlı xərclər 24 milyon 304,9 min manat olub.
1999-cu ildə yaradılmış fonda İsrafil Məmmədov icraçı direktorluq edir.
DNF-nin Müşahidə Şurasına baş nazir Əli Əsədov, Milli Məclis sədrinin müavini Adil Əliyev, prezidentin köməkçisi-Prezident Administrasiyasının iqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov, prezidentin köməkçisi-Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, maliyyə naziri Samir Şərifov, Mərkəzi Bankın sədri Elman Rüstəmov daxildir.