Nazirlər Kabineti yanında operativ qərargahın 8 iyul məlumatına görə, Azərbaycanda daha 542 nəfər koronavirus infeksiyasına yoluxub, 9 xəstə vəfat edib.
Yoluxanların ümumi sayı 21 min 916 nəfər göstərilir: onların 274-ü dünyasını dəyişib, 8542-si aktiv xəstədir.
2019-cu ilin dekabrında Çində üzə çıxaraq 215 ölkə, ərazi və məkana yayılan koronavirus xəstəliyinə Azərbaycanda ilk yoluxma fevralın 28-də qeydə alınıb.
Martda 5 nəfər, apreldə 19 nəfər, mayda 39 nəfər, iyunda 150 nəfər, iyulda 61 nəfər xəstəliyin qurbanı olub.