• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

190 manatlıq ödənişin dairəsi genişləndi

  • 08 İyul 2020
  • comments
  • hikmet
  • Posted in Xəbər

Nazirlər Kabineti 190 manatlıq ödənişlə bağlı 23 iyun qərarını yeniləyib.

İşsiz və koronavirus pandemiyasına görə tətbiq olunan xüsusi karantin rejimi üzündən işini itirən şəxslər aprel-may aylarında rəsmi yaşayış minimumu – 190 manat məbləğində birdəfəlik ödəmə alıb. Rəsmi hesabata əsasən, birdəfəlik ödəmə 600 min şəxsi əhatə edib.

İyunun 21-dən Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində məhdudiyyətlər tətbiq edilib, nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla iri ticarət mərkəzləri, ictimai iaşə obyektləri, bərbərxanalar, gözəllik salonları qapadılıb.

Nazirlər Kabinetinin 23 iyun qərarına əsasən, həmin bölgələr üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə eyni məbləğdə birdəfəlik ödəmə verilir.

İyulun 5-dən sərt karantin rejimi Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonlarını da əhatə edib.

İyulun 8-də Nazirlər Kabineti Goranboy və Göygöl rayonlarını sərt karantin zonası elan edərək 23 iyun qərarını yeniləyib. Qərara əsasən, 190 manatlıq ödəniş Mingəçevir şəhəri, Bərdə, Xaçmaz, Goranboy, Göygöl, Samux, Siyəzən və Şəki rayonları üzrə də qüvvədə olacaq.

Novator.az bildirir ki, dövlət qurumlarından bu ödənişləri alan işsiz şəxslərə birdəfəlik ödəmə düşmür:

– ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə;

– əmək pensiyaçılarına;

– aylıq müavinət alanlara;

– aylıq təqaüd alanlara;

– özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə;

– işsizlikdən sığorta ödənişi alanlara;

– peşə hazırlığına görə təqaüd alanlara;

– 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə;

– əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya rəsmi aktiv əmək müqaviləsi bildirişi olanlara;

– əri və ya arvadı ünvanlı dövlət sosial yardımı və 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya alan şəxslərə.

8 gündə 61 ölüm

  • 08 İyul 2020
  • comments

Yarım ilin hasilat və ixrac hesabatı

  • 09 İyul 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hüquq
  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda