• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Xarici İşlər Nazirliyinin üç rəsmisi həbs edilib

  • 06 İyul 2020
  • Posted in ManşetXəbər
0
SHARES
FacebookTwitterPinterest

Dövlət Təhlükəsizliyi Xidmətinin ictimai əlaqələr şöbəsinin 6 iyul məlumatında Xarici İşlər Nazirliyində (XİN) aparılmış istintaq-əməliyyat tədbirlərinin detalları açıqlanıb. Məlumata görə, XİN-in ayrı-ayrı strukturlarının fəaliyyətinin təmin edilməsi üçün nəzərdə tutulan dövlət vəsaitlərinin ələ keçirilməsi, müxtəlif fəaliyyət istiqamətləri üzrə, eləcə də xarici ölkə vətəndaşlarının viza müraciətləri ilə bağlı rüşvət alınması və sair hüquqazidd əməllərin törədilməsi bilgiləri araşdırılıb, İşlər İdarəsinin müdiri, nazirliyin Tender Komissiyasının sədri Fərhad Mollazadənin, İşlər İdarəsinin təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadənin və Konsulluq İdarəsinin konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayevin çoxsaylı qanunsuz əməllərə yol vermələrinə əsaslı şübhələr müəyyən edilib.

Xəbərə əsasən, Fərhad Mollazadənin, Səlim Əlizadənin, Nurupaşa Abdullayevin xidmət və yaşayış ünvanlarına, habelə dövlət vəsaitlərinin əmtəəsiz əməliyyatlarla mənimsənməsi üçün yaradılmış hüquqi şəxslərə dair sənədlərin və işlərin görülməsi üçün vəsait ayrılması müqabilində rüşvət ödəndiyi barədə sənədlərin olduğu yerlərə baxış keçirilib: “Həmin ünvanlardan XİN-in vəzifəli şəxslərinə qaytarılmış nağd pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, pul vəsaitləri və iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər aşkar edilərək götürülüb.

İstintaq araşdırmaları zamanı Fərhad Mollazadə və Səlim Əlizadənin XİN-in strukturlarının fəaliyyətinin təmin edilməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlərin bir hissəsini müntəzəm mənimsəmələrinə əsaslı şübhələr üzə çıxıb. Həmçinin Fərhad Mollazadənin və Səlim Əlizadənin XİN-in təsərrüfat tələbatları üzrə malların alınması, işlərin görülməsi üçün hesablarına pul köçürülən sahibkarlardan həmin vəsaitin müəyyən hissəsi dəyərində rüşvət almalarına dair məlumatlar əldə olunub.

Aparılan araşdırmalarla Nurupaşa Abdullayevin vəzifə səlahiyyətlərindən istifadə edərək elektron vizanın tətbiq olunmadığı xarici ölkə vətəndaşlarının Azərbaycana gələ bilmələri üçün viza müraciətlərinin təmin edilməsi ilə bağlı qanunazidd hərəkətlər müqabilində müntəzəm rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Fərhad Mollazadə və Səlim Əlizadə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma, Nurupaşa Abdullayev rüşvət alma faktlarına görə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir”.

Novator.az bildirir ki, xarici işlər naziri postunu Elmar Məmmədyarov tutur.

1960-cı ildə Bakı şəhərində anadan olan Elmar Məmmədyarov Kiyev Dövlət Universitetinin beynəlxalq münasibətlər və beynəlxalq hüquq bölməsini və SSRİ Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasını bitirib. Tarix elmləri namizədidir.

Azərbaycan SSR Xarici İşlər Nazirliyində 2-ci katib, 1-ci katib postlarını tutub.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin dövlət protokolu şöbəsinin müdiri, Azərbaycanın BMT yanındakı daimi nümayəndəliyində 1-ci katib, Xarici İşlər Nazirliyinin Beynəlxalq Təşkilatlar İdarəsinin rəisi, Azərbaycanın ABŞ-dakı səfirliyinin müşaviri olub.

2003-cü ildən Azərbaycanı İtaliyada fövqəladə və səlahiyyətli səfir kimi təmsil edib.

2004-cü ildən xarici işlər naziridir.

6-cı xəstəxana

  • 06 İyul 2020

Bir cəbhəçi buraxılır, başqası iş alır

  • 06 İyul 2020

Son materiallar

comments
Dünyanın səsiManşetTribunaYazarlar

Bayden Ağ evdəki iş otağını necə dəyişib?

comments
Xəbər

Dövlətdən məlumat almağın problemləri müzakirə olunub

comments
Dünyanın səsiXəbər

Sınan pəncərəyə görə 6 il həbs – Gənc riyaziyyatçının işi

comments
Dünyanın səsiManşetTribunaYazarlar

Pandemiya təmizkarlığı faydalı mikroblara mənfi təsir edə bilər

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetTribunaYazarlar

Bayden Ağ evdəki iş otağını necə dəyişib?

Son materiallar

comments
Dünyanın səsiManşetTribunaYazarlar

Bayden Ağ evdəki iş otağını necə dəyişib?

comments
Xəbər

Dövlətdən məlumat almağın problemləri müzakirə olunub

comments
Dünyanın səsiXəbər

Sınan pəncərəyə görə 6 il həbs – Gənc riyaziyyatçının işi

comments
Dünyanın səsiManşetTribunaYazarlar

Pandemiya təmizkarlığı faydalı mikroblara mənfi təsir edə bilər

comments
Xəbər

SOCAR-ın idarəçiliyi yeniləndi

comments
Dünyanın səsiManşetŞərhXəbər

Putin Navalnını azad etsə… – “Nyu-York Tayms”

comments
Dünyanın səsiFotoManşetVideoXəbər

Rusiyada etirazlar FOTO/VİDEO

comments
Xəbər

Neft Fondunun 43,5 milyard dolları var

comments
ManşetXəbər

Qeydiyyatlı partiyalar

comments
Xəbər

İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılır

comments
ManşetXəbər

Şuşanın məşhur məktəbi

comments
Dünyanın səsiManşetŞərh

Koronavirusa qarşı burun damcısı – Yeni metod sınaqdan keçirilir

comments
ManşetXəbər

Qiymət həmin qiymət olacaq

comments
Dünyanın səsiXəbər

Dünyanın ən böyük peyvənd müəssisələrindən birində yanğın

comments
ManşetXəbər

Tədris ocaqları açılır

comments
ManşetŞərh

Statistikadan statistikaya fərq var

comments
Dünyanın səsiManşetTribuna

“Əslində hamı sosial məsafə arzulayırdı”

comments
Dünyanın səsiManşetXəbər

Koronavirus statistikasından

comments
Dünyanın səsiManşetXəbər

Koronavirus ömürdən gedir

comments
Xəbər

Məzənnə siyahısında

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda