• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Rusiya prezidentinin səlahiyyətləri

  • 04 İyul 2020
  • comments
  • Novator.az
  • Posted in ManşetŞərh

İyulun 4-də Rusiya Konstitusiyasına son dəyişikliklər qüvvəyə minib.

Yeniliklər təşəbbüsünü bu il yanvarın 15-də prezident Vladimir Putin irəli sürüb, layihə müxtəlif instansiyalardan xeyir-dua alaraq iyunun 25-dən iyulun 1-dək keçirilmiş referendumda qəbul olunub.

Ana qanunda dəyişikliyə görə, heç kim iki dəfədən artıq prezident seçilə bilməz. Ancaq bu norma yenilik qüvvəyə minəndən (2020-ci il iyulun 4-dən) sonra prezident seçiləcək şəxslərə şamil olunur və Vladimir Putin növbəti iki prezident seçkisinə (2024 və 2030-cu illərin seçkilərinə) qatılıb 2036-cı ilə qədər postda qalmaq imkanı əldə edir.

1952-ci il təvəllüdlü Vladimir Putin 1999-cu il avqustun 16-da baş nazir təyin olunub, 1999-cu il dekabrın 31-dən həmçinin prezident vəzifəsini icra edib. 2000-ci ildə prezident seçilib, 2004-cü il seçkisində postu əlində saxlayıb.

2008-ci ilin may ayından Rusiyanın baş naziri olub. 2012-ci ildə yenidən prezident seçilib, 2018-ci ilin seçkisində postunu qoruyub. Onun səlahiyyət müddəti 2024-cü ildə başa çatır.

Novator.az Rusiyanın yenilənmiş ana qanununda prezidentlə bağlı bəzi müddəalara nəzər salıb.

Konstitusiyaya əsasən, dövlət başçısı və Silahlı Qüvvələrin ali baş komandanı statusu daşıyan prezident ümumxalq səsverməsində 6 il müddətinə seçilir.

35 yaşa çatmış; Rusiyada azı 25 il daimi yaşayan; başqa ölkənin vətəndaşı olmamış və başqa ölkədə daimi yaşamaq hüququ almamış şəxs (bütövlükdə və ya qismən Rusiyanın tərkib hissəsinə keçən ölkənin vətəndaşı olmuş şəxs istisnadır) prezident seçilə bilər.

Prezidentin Rusiyadan kənarda yerləşən xarici bankda hesabının, əmanətinin, qiymətli saxlancının olması yasaqdır.

Prezident seçilmiş şəxs Rusiya parlamentinin yuxarı palatasının üzvləri (senatorlar), aşağı palatasının deputatları və Konstitusiya Məhkəməsi hakimlərinin birgə toplantısında and içərək səlahiyyətlərinin icrasına başlayır.

Prezident Rusiya Hökuməti sədrini (baş naziri) parlamentin aşağı palatası olan Dövlət Dumasının razılığı ilə təyin edir; onu vəzifədən çıxarır; hökumətin fəaliyyətinə ümumi rəhbərliyi həyata keçirir; baş nazirin təqdimatı ilə federal icra orqanlarının strukturunu təsdiqləyir; hökuməti istefaya göndərir; baş nazirin və onun müavinlərinin, nazirlərin, həmçinin birbaşa prezidentə tabe olan federal icra orqanlarının rəhbərlərinin istefasını qəbul edir; Dövlət Dumasına Mərkəzi Bankın sədrinin təyinatı və vəzifədən götürülməsi barədə təqdimat verir.

Baş nazirin müavinlərini və nazirləri prezident Dövlət Dumasının razılığı ilə təyin edir.

Müdafiə, təhlükəsizlik, daxili işlər, ədliyyə, xarici işlər, fövqəladə hallar, ictimai təhlükəsizlik sahələrinə məsul federal icra orqanlarının rəhbərlərinin təyinatını prezident parlamentin yuxarı palatası olan Federasiya Şurası ilə məsləhətləşmə əsasında aparır.

Konstitusiya Məhkəməsi hakimlərini (həmçinin sədri və onun müavinini), Ali Məhkəmə hakimlərini (həmçinin sədri və onun müavinlərini), baş prokuroru və onun müavinlərini, federasiya subyektlərinin prokurorlarını (həmçinin həmin ranqa uyğun prokurorları) prezident yuxarı palata ilə məsləhətləşib təyin edir.

Prezidentin Federasiya Şurasına 30 senator təyin etmək; Dövlət Şurası yaratmaq; Təhlükəsizlik Şurası yaratmaq və ona rəhbərlik eləmək; Prezident Administrasiyası yaratmaq və onun rəhbərini təyin etmək; Silahlı Qüvvələrin ali komandanlarını, səfirləri təyin etmək; Dövlət Dumasına seçki təyin etmək, referendum təyin etmək; qanunla müəyyən olunmuş hallarda Dövlət Dumasını buraxmaq; qanunvericilik təşəbbüsü ilə çıxış etmək və qanunları imzalamaq; federasiya subyektlərinin icra orqanlarının aktlarını qüvvədən salmaq kimi səlahiyyətləri də var.

Vətəndaşlıq və siyasi sığınacaq məsələlərinin həlli, ali rütbələr və fəxri adlar vermək, əfv eləmək də prezidentin səlahiyyətindədir.

Prezident vəzifədən vaxtından əvvəl gedəndə onun səlahiyyətləri baş nazirə keçir.

Vəzifədən gedən prezident ömürlük senator sayılır (özü imtina etməzsə).

Prezident prezidentliyə qadağalar təklif edir

Medvedyevi kim əvəzləyir?

Əbədi hakimiyyət həvəsində olanlara bəd xəbər

Duma Mişustinə “hə” dedi

Medvedyev yeni postda

Rusiya yenilikləri nə yenilikdir?

Rusiya: hökumətdə 17 yenilik var

Rusiya: ana qanuna nələr təklif olunur?

Putinin yenidən prezident seçilməsinin yolu açılır

Yuxarı palata da Putin layihəsinə razılaşdı

Regionlar ömürlük prezident layihəsinə xeyir-dua verdi

Rusiya: ana qanunda yeniliklər son mərhələyə yön alıb

Putin konstitusiyası: səsvermənin yeni tarixi müəyyənləşdi  

Rusiya: ana qanunda yeniliklər rəsmiləşir

Putin 2036-ya 77,9%-lə gedir

Nəticələr təsdiqləndi

Müsavatda koronavirus müzakirəsi, istəklər

  • 03 İyul 2020
  • comments

“525” beş dəfəyə qayıdır

  • 04 İyul 2020
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda