• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Aqil Hümmətov evə buraxılıb

  • 02 İyul 2020
  • comments
  • Səidə Hüseynova
  • Posted in Xəbər

AXCP üzvü Aqil Hümmətov Bakının Maştağa qəsəbəsindəki 1 saylı Psixiatriya Xəstəxanasından evə buraxılıb. Xəbəri Azadliq.org iyulun 2-də yayıb.

Sosial şəbəkələrdə hakimiyyəti sərt tənqid etməsi ilə tanınan Aqil Hümmətov bu il martın 30-da tutularaq 1 saylı Psixiatriya Xəstəxanasına salınıb. Aprelin 1-də Sabunçu Rayon Məhkəməsi onun ruhi xəstə olmadığını əsas gətirərək sərbəst buraxılmasına qərar verib. Ancaq aprelin 2-də Aqil Hümmətov yenidən tutulub, aprelin 3-də Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə həmin xəstəxanaya yerləşdirilib.

Fəal özü və partiyadaşları məhkəmənin məcburi müalicə barədə qərarını siyasi sifariş kimi qiymətləndirib.

Novator.az bildirir ki, martın 22-dən başlayaraq 17 AXCP fəalı müxtəlif inzibati xətalar üzrə (karantin rejimini pozmaq, polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaq, internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiya yerləşdirmək, xırda xuliqanlıq) həbs cəzası alıb.

Hazırda onlardan biri inzibati həbsdədir – iyunun 26-da tutulan Faiq Rəşidov 10 sutka həbsə məhkum edilib.

Faiq Əmirli aprelin 8-dən mayın 8-dək və mayın 25-dən iyunun 9-dək üst-üstə 45 sutka, Ruslan Əmirov aprelin 9-dan mayın 9-dək və mayın 28-dən iyunun 12-dək üst-üstə 45 sutka cəza çəkib.

Anar Məlikov 10 sutka, Şəmsi Kəsəmənli 15 sutka, Vüqar Əbilov 20 sutka, Sərdar Qubadsoy 25 sutka, Nicat Abdullayev, Baba Süleyman, İslam İslamzadə, Əvəz Əhmədov, Arif Babayev, Elvin Məmmədov, Ramid Nağıyev, Əliağa Məmmədov (Əli İmanxanlı) və Elxan Əliyev 30 sutka həbsdə olublar.

Niyaməddin Əhmədova 30 sutka inzibati həbsdən sonra terrorçuluğu maliyyələşdirmə ittihamı irəli sürülüb və barəsində həbs qətimkan tədbiri seçilib.

Son vaxtlar daha 3 cəbhəçi cinayət məsuliyyətinə cəlb olunub.

Martın 24-ü Zamin Salayevə qəsdən sağlamlığa yüngül zərər vurma ittihamı ilə cinayət işi açılıb.

Aprelin 20-də Zamin Salayev başqa bir iş üzrə məhkum olunub, böhtan və təhqirdə təqsirli bilinərək 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Aprelin 13-ü “Azadlıq” qəzetinin əməkdaşı Təzəxan Mirələmliyə xuliqanlıq ittihamı ilə cinayət işi qaldırılıb. İyunun 19-da ona 1 il azadlığın məhdudlaşdırılması cəzası kəsilib.

Mayın 16-sı tutulan Səid Məmmədzadəyə (Bakuvi) bıçaqla xəsarət yetirmək ittihamı verilib, mayın 18-də onun barəsində həbs qətimkan tədbiri seçilib.

Sultan 80-i haqladı

  • 02 İyul 2020
  • comments

İlkin Rüstəmzadə “Nida”nı tərk etdi

  • 02 İyul 2020
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

İllər, qiymətlər

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda