• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Azərbaycan nefti iyula necə girdi?

  • 01 İyul 2020
  • comments
  • hikmet
  • Posted in Xəbər

“AzəriLayt” markalı Azərbaycan nefti iyul ayına bahalaşma ilə start verib. Energetika Nazirliyi “AzəriLayt”ın bir barrelinin 43,02 dollara satıldığını xəbər verir. AZƏRTAC-ın məlumatına görə, bu, 30 iyun qiymətindən 0,37 dollar yuxarıdır.

London birjasında brent markalı neftin bir barrelinə 41,62 dollar, Nyu-York birjasında layt markalı neftin bir barrelinə 39,65 dollar qiymət qoyulduğu bildirilir.

Azərbaycanın 2020-ci il büdcəsində bir barrel neftin qiyməti 55 dollardan götürülüb. “AzəriLayt” yanvara 70,04, fevrala 62,15, marta 53,77, aprelə 19,43, maya 22,92, iyuna 38,14 dollarla başlayıb.

Bu il neft koronavirus pandemiyasının yaratdığı iqtisadi qapanmalar üzündən kəskin ucuzlaşıb. Aprelin 12-də iri neft ixracatçıları – OPEK ölkələri (Anqola, Birləşmiş Ərəb Əmirlikləri, Ekvador, Ekvatorial Qvineya, Əlcəzair, İraq, İran, Konqo, Küveyt, Qabon, Liviya, Nigeriya, Səudiyyə Ərəbistanı, Venesuela) və 10 qeyri-OPEK ölkəsi (Azərbaycan, Bəhreyn, Bruney, Cənubi Sudan, Qazaxıstan, Malayziya, Meksika, Oman, Rusiya, Sudan) gündəlik hasilatı mərhələlərlə azaltmaq razılığına gəliblər.

Beynəlxalq razılaşmaya görə, 2020-ci ilin may-iyul aylarında Azərbaycan gündəlik neft hasilatı 554 min barrel, iyuldan sonra 587 min barrel, 2021-ci ilin yanvar ayından 620 min barrel olmalıdır.

Novator.az bildirir ki, 2020-ci ilin yanvar-may aylarında Azərbaycanda 15,2 milyon ton neft (kondensatla birlikdə) hasil edilib, hasilat 2019-cu ilin ilk beş ayı ilə müqayisədə təxminən 463 min ton azalıb. Energetika Nazirliyinin rəsmi hesabatında 5 ayda 12,6 milyon ton neftin (kondensatla birlikdə) ixrac edildiyi, bunun 2019-cu ilin yanvar-may aylarına nisbətən 468 min ton az olduğu vurğulanıb.

Altı ayın populyar adları

  • 01 İyul 2020
  • comments

Reportyorlar (80)

  • 01 İyul 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ermənistanın istehlak bazarı eniş və yoxuşda

GLOBALS:0
comments
Xəbər

Konstitusiya Məhkəməsində yeniliklər

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Estoniyada rus əməliyyatı necə bitdi?

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstan seçki və boykot yollarında

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Ermənistanın istehlak bazarı eniş və yoxuşda

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ermənistanın istehlak bazarı eniş və yoxuşda

GLOBALS:0
comments
Xəbər

Konstitusiya Məhkəməsində yeniliklər

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Estoniyada rus əməliyyatı necə bitdi?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda