Silahlı Qüvvələrə Yardım Fondundakı vəsaitin məbləği açıqlanıb. Müdafiə Nazirliyinin 1 iyul hesabatına görə, fonda 111,9 milyon manat toplanıb.
Novator.az bildirir ki, yarım ildə fondun vəsaiti 5 milyon manat artıb. 2020-ci ilin əvvəlinə fonda 106,9 milyon manat daxil olmuşdu.
2002-ci ildə yaradılmış Silahlı Qüvvələrə Yardım Fondunun əsas maliyyə mənbəyi hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan vəsaitdir.
Qurumun dollar, avro və rubl hesabları da var.