Novator.az xarici valyutaların rəsmi məzənnələrinin yanvar-iyun aylarında necə dəyişməsinə nəzər yetirib.
Avro 2020-ci ilə 1,9025 manatla başlayıb. Fevralda maksimal qiymət 1,8839, martda 1,9332, apreldə 1,8740, mayda 1,8873, iyunda 1,9297 manat olub.
Yanvarın 8-dən martın 6-dək, martın 16-da, martın 18-dən iyunun 3-dək avro 1 manat 90 qəpikdən ucuz satılıb.
Gürcüstan larisi 0,5947 manatla start götürüb. Fevralda ən yüksək rəsmi məzənnə 0,6095, martda 0,6122, apreldə 0,5431, mayda 0,5376, iyunda 0,5734 manat göstərilib.
Rusiya rublu ilə 0,0275 manatla girib. Yanvarda yuxarı qiymət 0,0278, fevralda 0,0271, martda 0,0258, apreldə 0,0233, mayda 0,0242, iyunda 0,0249 manat həddində rəsmiləşib.
Türkiyə lirəsi yola 0,2849 manatla çıxıb. Yanvarda rəsmi məzənnənin zirvəsi 0,2895, fevralda 0,2842, martda 0,2792, apreldə 0,2569, mayda 0,2505, iyunda 0,2527 manat səviyyəsində qərar tutub.
2015-ci ilin iki devalvasiyası nəticəsində dolların məzənnəsi 0,7844 manatdan 1,5594 manata yüksəlib.
2016-cı ildə rəsmi qiymət 1,7707 manata çatıb.
2017-ci ilin fevralında maksimal qiymət qeydə alınıb: 1,92 manat. Həmin ili 1,7001 manatla yola salan dollar 2018-ci il martın 7-dən banklara 1,7 manata təklif olunur.
Dövlət Neft Fondu Mərkəzi Bankın yanvar-may aylarında keçirdiyi valyuta hərraclarında 3 milyard 637 milyon dollar məbləğində vəsait satıb.
Yanvarın hərraclarında fond 300,2 milyon dollar, fevralın hərraclarında 543,4 milyon dollar, martın hərraclarında 1 milyard 928,3 milyon dollar, aprelin hərraclarında 531,1 milyon dollar, mayın hərraclarında 334 milyon dollar sərf edib.
2016-cı ildə Dövlət Neft Fondunun analoji xərci 4,9 milyard dollar, 2017-ci ildə 3,6 milyard dollar, 2018-ci ildə 6,5 milyard dollar, 2019-cu ildə 6,6 milyard dollar göstərilib.
Mərkəzi Bankın son rəsmi hesabatına görə, iyunun 1-nə valyuta ehtiyatının həcmi 6 milyard 414,5 milyon dollar olub.
2020-ci il 6 milyard 258 milyon dollarla başlayıb, fevralın 1-nə ehtiyatın həcmi 6 milyard 340,8 milyon dollar, martın 1-nə 6 milyard 400,9 milyon dollar, aprelin 1-nə 6 milyard 393,8 milyon dollar, mayın 1-nə 6 milyard 401,7 milyon dollar həddində rəsmiləşib.