• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Samux reydi

  • 25 İyun 2020
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Prezident İlham Əliyev iyunun 24-ü Samux rayonuna səfərində məcburi köçkün ailələri üçün inşa edilən yaşayış kompleksinin tikintisi ilə tanış olub. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev prezidentə deyib ki, Samux rayonunda 459 ailədən ibarət 1603 məcburi köçkün məskunlaşıb, onların böyük hissəsi Kəlbəcər rayonundandır.

Arayışa görə, inşasına bu ildən başlanan kompleksə 9 dördmərtəbəli yaşayış binası daxildir. Hər bir mənzilin tam təmirli vəziyyətdə təhvil verilməsi nəzərdə tutulub.

Dörd hektar sahəni əhatə edən yaşayış kompleksinə 144 şagird yerlik tam orta məktəb, 50 uşaq yerlik körpələr evi-uşaq bağçası, inzibati bina, tibb məntəqəsi və klub-icma mərkəzi daxildir.

İlham Əliyev həmin gün Samuxdakı “Aqro Dairy” MMC-nin aqroparkına baş çəkib. AZƏRTAC xəbər verir ki, 2019-cu ilin payızında 2423 hektar sahədə buğda, 222 hektar sahədə arpa, bu ilin yazında 74 hektar sahədə şəkər çuğunduru əkilib və taxıl biçini aparılan ərazilərdə qarğıdalı əkini nəzərdə tutulub.

“Aqro Dairy” MMC-nin icraçı direktoru Vahid Hacıyev dövlət başçısına aqroparkın fəaliyyəti barədə məlumat verib. Onun sözlərinə görə, Aqro Dairy” MMC Samuxda dövlət ehtiyat fondundan 5 min hektar, Tovuz rayonunda isə 12 min hektar ərazini uzunmüddətli icarəyə götürüb, həmin ərazilərdə suvarılan sahələr iki min hektardır.

Vahid Hacıyev qeyd edib ki, arpa biçini başa çatıb, Samux rayonunda hektardan 47-48 sentner məhsul götürülüb, Tovuzda isə hektardan 62-67 sentner məhsul alınıb: “Hazırda buğda biçini gedir. Biz Samuxda 1500 hektar buğda zəmisi biçmişik, hektardan məhsuldarlıq orta hesabla 58 sentnerdir. Bəzi torpaqlarımızda məhsuldarlıq 65-67 sentner olub.

Tovuzda göstəricilərimiz orta hesabla 78 sentnerdir. Bizim pivot suvarma sistemi ilə təchiz olunmuş 70 hektar ərazimiz var. Bu 70 hektarın bəzi sahələrində hektardan məhsuldarlıq 84-85 sentnerdir”.

Buğda, arpa, şəkər çuğunduru və qarğıdalı məhsullarının istehsal olunduğu aqroparkda xaricdən alınan müasir avadanlıq quraşdırılıb, 60 min tonluq taxıl anbarı kompleksi yaradılıb. Burada 89 nəfər işlə təmin olunub.

Prezidentin Gəncədəki çıxışından

  • 24 İyun 2020
  • comments

Avropa Məhkəməsi Xalid Bağırovun şikayətləri üzrə ...

  • 25 İyun 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Bölgə
  • Siyasət
  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda