• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İcazəni tək SMS-lə deyil, “E-Təbib”lə də almaq mümkün olacaq

  • 25 İyun 2020
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Məlum olduğu kimi, iyunun 19-da Nazirlər Kabineti iyulun 1-də bitməli olan xüsusi karantin rejimini avqustun 1-dək uzadıb, eyni zamanda Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində iyunun 21-dən iyulun 5-dək məhdudiyyətlər tətbiq edib.

Bunların arasında hərəkət azadlığına məhdudiyyətlər də yer alıb. 19 iyun qərarında vətəndaşların böyük əksəriyyətinə yaşayış yerini və olduğu yeri yalnız bəzi hallarda, həm də 8103 nömrəsinə SMS göndərməklə tərk etmək icazəsi verilib.

Novator.az-ın məlumatına görə, iyunun 25-də Nazirlər Kabineti 19 iyun qərarına bəzi dəyişikliklər edib.

Bundan sonra vətəndaşlar təkcə 8103 nömrəsinə SMS göndərməklə yox, “E-Təbib” mobil tətbiqi vasitəsilə də yaşayış yerini və olduğu yeri tərk etmək üçün icazə ala biləcəklər.

“E-Təbib” mobil tətbiqində icazələrin alınması bu qaydada həyata keçirilir:

– tətbiqetməyə daxil olan zaman mobil nömrə daxil edilir və ya müvafiq sosial şəbəkə hesabı ilə giriş edilir;

– mobil nömrə daxil edilərkən həmin nömrəyə geri gələn “OTP” kodu daxil edilir;

– giriş etdikdən sonra “lisenziya razılaşma” bölməsinə daxil olunur, razılaşdıqdan sonra “təsdiq edirəm” düyməsi sıxılır;

– “Bluetooth” və “GPS” sistemi işlək vəziyyətə gətirilir: açılan əsas səhifədə “icazələr” bölməsinə keçd edilir;

– tələb olunan “FİN” kodu və doğum tarixi daxil edilir;

– icazənin növü seçilir (1 və ya 2);

– “Göndər” düyməsi sıxılır;

– “Təsdiq” və ya “İmtina” mesajı gələnə kimi gözləmə mesajı ekranda görünür;

– “Təsdiq” mesajı gəldikdən sonra icazə alınmış sayılır.

Yaşayış yerini və olduğu yeri tərk etmək üçün icazəni 8103 nömrəsinə SMS göndərməklə və ya “E-Təbib” mobil tətbiqi vasitəsilə almaq istəyən vətəndaşlara yalnız bu hallarda razılıq verilir:

– təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar;

– ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, dövlət xidmətlərindən, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti ilə, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar.

Yaxın qohumunun dəfnində iştirakla əlaqədar icazə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etməklə alına bilər.

Hökumət təhsil müəssisələrini bir həftəliyə bağladı

Novruz şənlikləri ləğv olundu. Toy və yas tövsiyəsi

Azərbaycanda ilk itki, yeni məhdudiyyətlər

Koronavirus qadağaları

Operativ qərargahdan məhdudiyyətlər

Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu qapadılır

Yeni cəzalar təsdiqləndi

Ən son qadağalar

Ölkədə 15 günlük yeni məhdudiyyətlər tətbiq olundu

Karantin mayın 4-dək uzadıldı

Karantini yumşaltmaq qərarı verildi

Karantin uzadıldı, şərtlər yeniləndi

Yumşalmalar qüvvəyə minib

Yeni qərar: karantin necə yumşaldılır?

Karantindən çıxmayan sahələr

Koronavirus: karantin yenilikləri, rəsmi hesabat

Hansı qadağalar qalır?

Yeni cərimələr qüvvəyə minib

Yoluxma və itki artır, qadağalar gəlir

Operativ qərargah yeni qərar qəbul edib

Yeni karantin qərarı

Karantin uzadılır, yenə yasaqlar gəlir

Karantin yenilikləri

Yenə karantin, yeni karantin

Ən yeni karantin qadağaları

Mitinq və yürüşlər yoluxmanı artırdımı?

  • 25 İyun 2020
  • comments

“Biz buna imkan verməyəcəyik”

  • 25 İyun 2020
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0

Tags

  • Səhiyyə
  • Texnologiya

Rəylər

Do not miss

comments
Xəbər

İllər, qiymətlər

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda