• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Blokada çəkişməsi mümkün olmur

  • 24 İyun 2020
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Nəsimi Rayon Məhkəməsi AXCP sədri Əli Kərimli və onun həyat yoldaşı Samara Seyidovanın internet və telefon əlaqələrinin kəsilməsi ilə əlaqədar şikayətinə baxmaqdan imtina edib.

Bakının Süleyman Rəhimov küçəsində yaşayan Əli Kərimli bu il aprelin 13-də internet və rabitə blokadası ilə üzləşib. Həmin gün “Osmanqızı TV” internet kanalına canlı yayımla verməli olduğu müsahibəyə 10-15 dəqiqə qalmış Əli Kərimlinin evində, o cümlədən özünün və həyat yoldaşının mobil telefonlarında internet söndürülüb. Aprelin 14-də evdə internet bərpa olunub, lakin Əli Kərimli “Osmanqızı TV”yə müsahibə üçün yenə cəhd edəcəklərini bildirəndən sonra internet və telefon rabitələri birdəfəlik kəsilib.

İctimaiyyətin və beynəlxalq dairələrin etirazlarına baxmayaraq problem həllini tapmayıb.

Əli Kərimli və xanımının mobil telefon nömrələri “Azercell” şirkətinə aiddir, internet üçün isə “AzQTel” MMC-nin xidmətindən istifadə olunub. Hər iki şirkətə qarşı qaldırılan iddiada Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin üçüncü şəxs qismində prosesə cəlb olunması istənib.

Azadliq.org-un məlumatına görə, şikayəti geri qaytaran hakim qərardadında iddia tələbinin əsaslandırılmadığını vurğulayıb, internet rabitəsi xidmətini cavabdehlər – “Azercell” MMC və “AzQTel” MMC-nin dayandırması barədə sənədlərin iddia ərizəsinə əlavə edilmədiyini yazıb.

AXCP-dən bildirilib ki, Əli Kərimli şikayətin yetərincə əsaslandırıldığını deyir, hakimin cavabını işə baxmamaq üçün bəhanə sayır.

1965-ci il təvəllüdlü Əli Kərimli milli azadlıq hərəkatının öncül şəxslərindəndir. Əbülfəz Elçibəyin prezidentliyi zamanı (1992-1993) əvvəl Prezident Aparatının şöbə müdiri, sonra dövlət katibi vəzifəsində çalışıb.

1993-cü ildən AXC sədrinin siyasi məsələlər üzrə müavini, daha sonra AXCP sədrinin birinci müavini olub. 1995 və 2000-ci illərdə Milli Məclisin deputatı seçilib. 2000-ci ildən AXCP-yə rəhbərlik edir. 2013-cü ildə yaradılmış Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvüdür.

AXCP sədri təcridetmə əməliyyatından yazıb

Əli Kərimli yenə internetsiz qalıb

Milli Şuradan etiraz

Blokada etirazları

Əli Kərimlinin müsahibəsi ünvana çatmayıb

Əli Kərimli çağırışları

Əli Kərimli yasağında

Əli Kərimli yenə rabitəsiz qalıb

Əli Kərimlinin təzə telefonu da bağlanıb

Reportyorlar (79)

  • 24 İyun 2020
  • comments

Həm hasilat azalıb, həm ixrac

  • 24 İyun 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda