• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Qarabağ”ın mümkün rəqibləri

  • 23 İyun 2020
  • comments
  • hikmet
  • Posted in ManşetŞərh

UEFA Çempionlar Liqasının 2020-2021 mövsümündə Azərbaycanı təmsil edəcək Ağdamın “Qarabağ” komandasının bir neçə potensial rəqibi bəlli olub.

Turnirin qrup mərhələsinə qədər beş ələmə raundu olacaq. “Qarabağ” yarışa ilkin mərhələnin (8-11 avqust) ardından – birinci raunddan (18-19 avqust) qoşulur. “Novator” az bildirir ki, tək oyunluq həmin mərhələdə “Qarabağ”a Estoniyanın “Flora”, Belarusun “Dinamo” (Brest), Latviyanın “Riqa”, Uelsin “Konnah Kuey”, Cəbəllütariqin “Europa”, Farer adalarının “Klaksvik”, İslandiyanın “Reykyavik”, Finlandiyanın KuPS, Maltanın “Floriana” komandaları qismət ola bilər.

Birinci mərhələdə Şotlandiyadan “Seltik”, Qazaxıstandan “Astana”, Bolqarıstandan “Ludoqorets”, Serbiyadan “Srvena Zvezda”, Norveçdən “Molde”, Moldovadan “Şerif”, Macarıstandan “Ferensvaroş”, İrlandiyadan “Dandolk”, Slovakiyadan “Slovan”, Litvadan “Suduva”, Kiprdən “Omoniya”, Şimali Makedoniyadan “Vardar”, Lüksemburqdan “Fola”, Bosniyadan “Sarayevo”, Gürcüstandan “Dinamo” (Tbilisi), İsveçdən “Yurqorden” də var.

Çempionlar Liqasının tək oyunluq yarımfinal və finaldan ibarət ilkin mərhələsində (8-11 avqust) Şimali İrlandiya, Kosovo, Andorra, San Marino birinciləri yer alacaq. San Marinonun təmsilçisi “Tre Fiori”dir.

Tək oyunluq ikinci mərhələdə (25-26 avqust) “Qarabağ”ın qarşısına Xorvatiya “Dinamo”sunun, Danimarka, İsveçrə birincilərinin çıxması mümkündür.

Niderlanddan “Ayaks” və Avstriya birincisi də potensial rəqiblərdir. Onlar yarışa iki oyunluq dördüncü mərhələdən (22-29 sentyabr) başlayır.

Qrupda İngiltərədən “Liverpul”un, Almaniyadan “Bavariya” və “Borussiya”nın (Dortmund), Fransadan PSJ və “Marsel”in, Belçikadan “Brügge”nin, Ukraynadan “Şaxtyor”un oynayacağı dəqiqləşib.

“Qarabağ” komandasının əsası 1951-ci ildə qoyulub. 1977-ci ilədək komanda “Məhsul”, 1982-ci ilədək “Şəfəq”, 1988-ci ilədək “Kooperator” adı daşıyıb. 1 dəfə Azərbaycan SSR-in, 8 dəfə müstəqil Azərbaycanın çempionu olub.

Komanda 2014-2015, 2015-2016, 2016-2017, 2018-2019, 2019-2020 mövsümlərində Avropa Liqasının qrup mərhələsində, 2017-2018 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində oynayıb.

1993-cü ildə Ağdam şəhəri işğal olunduqdan sonra komanda köçkün klub kimi fəaliyyət göstərir, hazırda Bakıda məskunlaşıb.

Nazirlər Kabinetindən 190 manat qərarı

  • 23 İyun 2020
  • comments
Almazbek Atambayev

Sabiq prezidentə hökm oxundu

  • 23 İyun 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • İdman

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda