• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Sarukyanı tuta bilmədilər

  • 21 İyun 2020
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Yerevanın Şenqavit rayonundakı ümumi məhkəmə iyunun 21-də Çiçəklənən Ermənistan Partiyasının sədri, biznesmen Qaqik Sarukyan barədə iki aylıq həbs qətimkan tədbiri seçmək vəsatətinə baxıb. Novator.az-ın məlumatına görə, prokurorluğun vəsatəti qəbul edilməyib, Qaqik Sarukyan azadlıqda qalıb.

Ermənistanın Milli Təhlükəsizlik Xidməti iyunun 14-də Qaqik Sarukyana üç cinayət işi açıb. Siyasətçi qanunsuz oyun biznesi qurub vergidən yayınmada; 2017-ci ilin parlament seçkisi kampaniyasında seçiciləri əla almaq üçün rüşvət verməkdə və Kotayk vilayətinin Arinc icmasında qanunsuz torpaq əldə edib dövlətə ziyan vurmaqda təqsirli bilinir.

Ölkə parlamenti iyunun 16-da baş prokurorun vəsatətinə baxaraq Qaqik Sarukyanın deputat toxunulmazlığını götürüb.

Qaqik Sarukyan və tərəfdarları cinayət işlərinin qurama olduğunu deyir, Çiçəklənən Ermənistan Partiyasının Nikol Paşinyanı və onun hökumətini sərt tənqid etməsi ilə bağlayır.

1956-cı il təvəllüdlü Qaqik Sarukyan 1980-ci illərdən bizneslə məşğuldur. 2003-cü ildən parlament üzvüdür. Ermənistan Milli Olimpiya Komitəsinin prezidentidir. Çiçəklənən Ermənistan Partiyasını 2004-cü ildə yaradıb. Bu qurum 132 deputatdan ibarət Ermənistan parlamentində 25 mandatla təmsil edilir.

2018-ci il dekabrın 9-da seçilmiş parlamentdə baş nazir, Vətəndaş Sazişi Partiyasının sədri Nikol Paşinyanın “Mənim addımım” blokunun 88, İşıqlı Ermənistan Partiyasının 17 mandatı var.

2017-ci il aprelin 2-də keçirilmiş parlament seçkisində Qaqik Sarukyanun bloku 105 nəfərlik qanunverici orqana 31 mandat əldə edib. Əksəriyyəti Çiçəklənən Ermənistan Partiyasının üzvləri olan bu blok 2018-ci ildə Nikol Paşinyanın hakimiyyətə gəlməsinə dəstək verib.

1975-ci il təvəllüdlü Nikol Paşinyanın Vətəndaş Sazişi Partiyası 2017-ci ilin parlament seçkisində daha iki partiya ilə birgə “Çıxış” bloku yaradıb. Blok parlamentə 9 mandat qazanıb.

2018-ci il martın 31-dən Nikol Paşinyan Ermənistanda prezident Serj Sərkisyanın baş nazir olmaq niyyətinə qarşı xalq hərəkatına başçılıq edib. Aprelin 9-da Serj Sərkisyanın prezident səlahiyyətləri başa çatıb. Həmin gün ölkə parlament idarə üsuluna keçdiyi üçün icra hakimiyyətinə rəhbərlik baş nazirə ötürülüb. Aprelin 17-də Serj Sərkisyan baş nazir kürsüsünə oturub, ancaq aprelin 23-də xalq etirazlarına tab gətirməyərək istefa verib. Mayın 8-dən baş nazir postuna Nikol Paşinyan keçib.

Koronavirus: 20 iyun hesabatı

  • 20 İyun 2020
  • comments

Operativ qərargahdan

  • 21 İyun 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda