• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Təzəxanın mümkün cəzası

  • 19 İyun 2020
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Xətai Rayon Məhkəməsində “Azadlıq” qəzetinin əməkdaşı, AXCP üzvü Təzəxan Mirələmlinin cinayət işi üzrə proses başa çatmaq üzrədir. 18 iyun iclasında çıxış edən prokuror məhkəmədən Təzəxan Mirələmliyə 1 il azadlığının məhdudlaşdırılması cəzası verilməsini istəyib. Məhkəmə prosesi iyunun 25-də davam etdiriləcək.

Novator.az bildirir ki, Təzəxan Mirələmliyə qarşı cinayət işi aprelin 13-də başlanıb. Ona Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ittiham irəli sürülüb. Həmin maddəyə əsasən, xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər 1000 manatdan 3000 min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Jurnalist fevralın 26-sı Bakının Xətai rayonunda, Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət mərasimində hakimiyyət tərəfdarı olan fəal Ata Abdullayevə xəsarət yetirməkdə təqsirli bilinir. Cinayət işi Ata Abdullayevin şikayəti əsasında başlanıb.

Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.

Cəzaya məhkum edilmiş şəxs bu vəzifələri yerinə yetirməlidir:

– yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək;

– elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək;

– məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək;

– müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq.

Məhkəmə məhkum üçün bu əlavə vəzifələri müəyyən edə bilər:

– kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək;

– məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək;

– alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək;

– məhkumun islah olunmasına kömək edən digər vəzifələr.

Eniş, sabitlik, yüksəliş

  • 19 İyun 2020
  • comments

Məhkəmə qərar verdi

  • 19 İyun 2020
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0
comments
Xəbər

Rumıniyada seçki nöqtəsi

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Xarici ticarətin dörd ayı

Son materiallar

comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda