• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Jurnalist məhkum olundu

  • 19 İyun 2020
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Xətai Rayon Məhkəməsi “Azadlıq” qəzetinin əməkdaşı, AXCP üzvü Təzəxan Mirələmlinin cinayət işi üzrə prosesə nöqtə qoyub.

Təzəxan Mirələmli aprelin 13-də cinayət məsuliyyətinə alınıb. Ona Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə xuliqanlıq ittihamı irəli sürülüb. Jurnalist fevralın 26-sı Bakının Xətai rayonunda, Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət mərasimində hakimiyyət tərəfdarı olan fəal Ata Abdullayevə xəsarət yetirməkdə təqsirli bilinib.

Xətai Rayon Məhkəməsindəki 18 iyun prosesində çıxış edən prokuror Təzəxan Mirələmliyə 1 il azadlığının məhdudlaşdırılması cəzası verilməsini istəmiş, növbəti iclas iyunun 25-nə təyin olunmuşdu. Ancaq yekun iclas iyunun 19-da keçirilib, jurnalistə 1 il azadlığın məhdudlaşdırılması cəzası kəsilib. Hökmə görə, Təzəxan Mirələmli elektron nəzarət vasitəsi – qolbaq taxmalı, cəza müddəti boyunca gecə saat 11-dən səhər saat 7-dək evdən çıxmamalıdır.

Novator.az bildirir ki, martın 22-dən bəri 16 AXCP fəalına müxtəlif inzibati xətalar üzrə həbs cəzası verilib. AXCP sədrinin köməkçisi Faiq Əmirli və mühafizəçisi Ruslan Əmirov iki dəfə məhkum ediliblər.

AXCP sədrinin mühafizəçisi Niyaməddin Əhmədova inzibati həbsdən sonra cinayət işi qaldırılıb, barəsində həbs qətimkan tədbiri seçilib.

Son vaxtlar daha 2 cəbhəçi cinayət məsuliyyətinə cəlb olunub, onların biri – Zamin Salayev həm də məhkum edilib.

Cinayət məsuliyyətinə alınan digər cəbhəçi Səid Məmmədzadədir (həbs edilib).

AXCP fəalı Aqil Hümmətov isə martın 30-da tutularaq Bakının Maştağa qəsəbəsindəki 1 saylı Psixiatriya Xəstəxanasına salınıb. Aprelin 1-də Sabunçu Rayon Məhkəməsi onun ruhi xəstə olmadığını əsas gətirərək sərbəst buraxılmasına qərar verib. Ancaq aprelin 2-də Aqil Hümmətov yenidən tutulub, aprelin 3-də Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə həmin xəstəxanaya yerləşdirilib.

Ən yeni karantin qadağaları

  • 19 İyun 2020
  • comments

Köçəryan evindədir

  • 20 İyun 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Rusiya sanksiyalı neftini Çinə İran kimi satır – “Fayneşnl Tayms”

GLOBALS:0
comments
Xəbər

Ermənistana haralardan çox gəlirlər?

GLOBALS:0
comments
Dünyanın səsiManşetTribuna

ABŞ və Britaniya qəzetləri Donbasdan nə yazır?

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

ABŞ kəşfiyyatından müttəfiqlərə yasaq

GLOBALS:0

Tags

  • Hüquq
  • Media
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Rusiya sanksiyalı neftini Çinə İran kimi satır – “Fayneşnl Tayms”

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Rusiya sanksiyalı neftini Çinə İran kimi satır – “Fayneşnl Tayms”

GLOBALS:0
comments
Xəbər

Ermənistana haralardan çox gəlirlər?

GLOBALS:0
comments
Dünyanın səsiManşetTribuna

ABŞ və Britaniya qəzetləri Donbasdan nə yazır?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda