• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İlk dəfə: iki qadın prokuror təyin olundu

  • 19 İyun 2020
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Baş Prokurorluğun mətbuat xidmətinin 19 iyun məlumatına görə, müstəqil Azərbaycanın tarixində ilk dəfə xanım əməkdaşlar rayon prokuroru vəzifələrinə təyinat alıblar: Səadət Rüstəmova Qobustan rayon prokuroru, Lalə Hüseynova Zəngilan rayon prokuroru vəzifəsinə gətiriliblər.

Xəbərdə qeyd olunur ki, baş prokurorun əmri ilə gerçəkləşən təyinatlara qədər Səadət Rüstəmova Bakının Nizami rayon prokurorunun köməkçisi vəzifəsini, Lalə Hüseynova Baş Prokurorluğun böyük prokuror-metodisti postunu tutub.

Novator.az bildirir ki, Azərbaycanda prokurorluq orqanının əsası 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə qoyulub.

Cümhuriyyət süqut etdikdən sonra, 12 may 1920-ci ildə prokurorluq ləğv edilib.

Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 11 iyul 1922-ci il dekreti ilə prokurorluq yenidən yaradılıb.

1936-cı ilin iyul ayında prokurorluq Xalq Ədliyyə Komissarlığının tərkibindən çıxarılaraq SSRİ Prokurorluğuna tabe edilib.

1991-ci ildən Azərbaycan Respublikasının Prokurorluğu müstəqil qurumdur.

Konstitusiyaya görə, Azərbaycan Respublikasının Prokurorluğu ərazi və ixtisaslaşdırılmış prokurorların baş prokurora tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş orqandır.

Bu il mayın 1-də Milli Məclis prezident İlham Əliyevin təqdimatına baxaraq Kamran Əliyevi baş prokuror təyin edib. Onun səlahiyyət müddəti 5 ildir.

1965-ci il təvəllüdlü Kamran Əliyev İrkutsk Dövlət Universitetinin (Rusiya) hüquq fakültəsini bitirib, həmçinin aspirantura təhsili alıb. Hüquq elmləri namizədidir. Son təyinata qədər Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi və baş prokurorun müavini olub.

Bərəçi, mən və Vahid Qazi…

  • 19 İyun 2020
  • comments

Babək rayonunun inzibati ərazi bölgüsü dəyişdi

  • 19 İyun 2020
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Rusiya sanksiyalı neftini Çinə İran kimi satır – “Fayneşnl Tayms”

GLOBALS:0
comments
Xəbər

Ermənistana haralardan çox gəlirlər?

GLOBALS:0
comments
Dünyanın səsiManşetTribuna

ABŞ və Britaniya qəzetləri Donbasdan nə yazır?

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

ABŞ kəşfiyyatından müttəfiqlərə yasaq

GLOBALS:0

Tags

  • Gender
  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Rusiya sanksiyalı neftini Çinə İran kimi satır – “Fayneşnl Tayms”

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Rusiya sanksiyalı neftini Çinə İran kimi satır – “Fayneşnl Tayms”

GLOBALS:0
comments
Xəbər

Ermənistana haralardan çox gəlirlər?

GLOBALS:0
comments
Dünyanın səsiManşetTribuna

ABŞ və Britaniya qəzetləri Donbasdan nə yazır?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda