Novator.az Azərbaycanın yaxın ölkələrlə rəsmi ticarət statistikasını təqdim edir.
Dövlət Gömrük Komitəsinin hesabatına görə, 2020-ci ilin yanvar-may aylarında Azərbaycan Türkiyəyə 1,2 milyard dollarlıq məhsul ixrac edib.
Rusiyaya 278,8 milyon dollarlıq, Ukraynaya 207,4 milyon dollarlıq, Gürcüstana 193,7 milyon dollarlıq, Belarusa 64,5 milyon dollarlıq, İrana 13 milyon dollarlıq, Qazaxıstana 12,6 milyon dollarlıq, Türkmənistana 7,5 milyon dollarlıq, Özbəkistana 4,8 milyon dollarlıq, Moldovaya 3,2 milyon dollarlıq, Litvaya 1,4 milyon dollarlıq, Qırğızıstana 731,2 min dollarlıq, Estoniyaya 477,1 min dollarlıq, Tacikistana 186,7 min dollarlıq, Latviyaya 149,2 min dollarlıq ixrac qeydə alınıb.
Yanvar-may aylarında Azərbaycan Rusiyadan 769,4 milyon dollarlıq mal alıb.
Türkiyədən Azərbaycana 614,1 milyon dollarlıq, Ukraynadan 180,8 milyon dollarlıq, İrandan 116,3 milyon dollarlıq, Türkmənistandan 48,9 milyon dollarlıq, Belarusdan 48 milyon dollarlıq, Qazaxıstandan 31,3 milyon dollarlıq, Özbəkistandan 25,6 milyon dollarlıq, Gürcüstandan 24,1 milyon dollarlıq məhsul göndərilib.
Digər yaxın ölkələrdən idxal göstəriciləri belə rəsmiləşib:
Litva – 6 milyon dollar
Latviya – 4,8 milyon dollar
Moldova – 1,8 milyon dollar
Qırğızıstan – 1,4 milyon dollar
Estoniya – 1,3 milyon dollar
Tacikistan – 1,7 min dollar.