• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Klub turnirlərinin yeni təqvimi

  • 18 İyun 2020
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) klub turnirləri ilə bağlı yeni qərarlar verib. Novator.az-ın məlumatına görə, İcraiyyə Komitəsinin 17 iyun qərarları ilə Çempionlar Liqası və Avropa Liqasının 2019-2020 mövsümü avqust ayında davam edəcək.

Hər iki turnir koronavirus pandemiyası üzündən mart ayında 1/8 finaldan yarımçıq qalıb.

“Leypsiq” (Almaniya), “Atalanta” (İtaliya), “Atletiko” (İspaniya) və PSJ (Fransa) komandaları Çempionlar Liqasının 1/4 finalına adlayıblar.

1/8 finalda “Çelsi”, “Mançester Siti” (İngiltərə), “Bavariya” (Almaniya), “Napoli”, “Yuventus” (İtaliya), “Barselona”, “Real” (İspaniya), “Lion” (Fransa) komandaları da yer alır. Bu raundun qalan oyunları 7-8 avqusta təyin olunub.

Tək oyunluq 1/4 final, yarımfinal, eləcə də final 12-23 avqust arası Portuqaliyada keçiriləcək.

Avropa Liqasının 1/8 finalında “Başakşəhər” (Türkiyə),“Kopenhagen” (Danimarka), “Olimpiakos” (Yunanıstan), “Vulverhempton”, “Mançester Yunayted” (İngiltərə), “Reyncers” (Şotlandiya), “Ayntraxt” (Frankfurt), “Bayer” “Volfsburq” (Almaniya), “Saxtyor” (Ukrayna), “Bazel” (İsveçrə), LASK (Avstriya), “İnter”, “Roma” (İtaliya), “Xetafe”, “Sevilya” (İspaniya) komandaları yarışır. Bu mərhələnin qalan oyunları 5-6 avqusta təyin olunub.

Tək oyunluq 1/4 final, yarımfinal, eləcə də final 10-21 avqust arası Almaniyada keçiriləcək.

2020-2021 mövsümünün təqvimi və reqlamenti də yenilənib.

Çempionlar Liqasında qrup mərhələsinə qədər beş ələmə raundu nəzərdə tutulur.

Tək oyunluq yarımfinal və finaldan ibarət ilkin mərhələdə (8-11 avqust) Şimali İrlandiya, Kosovo, Andorra, San Marino birinciləri yer alacaq.

Kipr, Serbiya, Şotlandiya, Belarus, İsveç, Norveç, Qazaxıstan, Polşa, Azərbaycan, İsrail, Bolqarıstan, Rumıniya, Slovakiya, Sloveniya, Macarıstan, Şimali Makedoniya, Moldova, Albaniya, İrlandiya, Finlandiya, İslandiya, Bosniya, Litva, Latviya, Lüksemburq, Ermənistan, Malta, Estoniya, Gürcüstan, Uels, Monteneqro, Farer adaları, Cəbəllütariq birinciləri turnirə tək oyunlardan ibarət birinci mərhələdən (18-19 avqust) qoşulur.

Xorvatiya, Danimarka, İsveçrə birinciləri, Türkiyə, Hollandiya, Avstriya, Çexiya, Yunanıstan, Xorvatiya çempionatlarının ikinciləri rəqiblərini tək oyunluq ikinci mərhələdə (25-26 avqust) gözləyir.

Tək oyunluq üçüncü mərhələdə (15-16 sentyabr) Çexiya, Yunanıstan birinciləri, Fransa, Rusiya çempionatlarının üçüncüləri, Portuqaliya, Belçika, Ukrayna çempionatlarının ikinciləri var.

Hollandiya, Avstriya birinciləri yarışa iki oyunluq dördüncü mərhələdən (22-29 sentyabr) başlayır.

İspaniya, İngiltərə, İtaliya, Almaniya çempionatlarını ilk dörd pillədə, Fransa, Rusiya çempionatlarını ilk iki pillədə bitirən komandalar, Portuqaliya, Belçika, Ukrayna, Türkiyə birinciləri birbaşa qrup raunduna (20 oktyabr-9 dekabr) vəsiqə alırlar.

Avqustun 20-də start götürəcək Avropa Liqasında hər biri tək oyundan ibarət beş (Çempionlar Liqasından ələnən komandalar üçün üç) ələmə raundu var. Azərbaycan kubokunun sahibi, eləcə də milli çempionatın gümüş və bürünc mükafatçıları turnirə ilkin raunddan sonra – birinci mərhələdən (27 avqust) start verir.

Valyutaların istiqaməti

  • 18 İyun 2020
  • comments

Əminə Rüstəmzadə: “Zəif anıma təsadüf etdi”

  • 18 İyun 2020
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0

Tags

  • İdman

Rəylər

Do not miss

comments
Xəbər

İllər, qiymətlər

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda