2020-ci ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 14 milyard 567,2 milyon manatlıq, o cümlədən 7 milyard 827,7 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 6 milyard 739,5 milyon manatlıq qeyri-ərzaq malları satılıb. Novator.az-ın məlumatına Dövlət Statistika Komitəsi bildirir ki, 2019-cu ilin yanvar-may ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə qeyri-ərzaq malları üzrə 6,7 faiz azalıb, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 3,2 faiz artıb. Bir nəfərə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 292,6 manat göstərilir.
Başqa bir hesabata əsasən, 2020-ci ilin yanvar-aprel aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri 161 ölkədəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 96 ölkəyə məhsul ixrac olunub, 149 ölkədən məhsul alınıb.
Dörd aylıq xarici ticarət dövriyyəsi 8 milyard 180,5 milyon ABŞ dolları dəyərində rəsmiləşib: bunun 4 milyard 798,7 milyon dolları ixrac, 3 milyard 381,8 milyon dolları idxaldır.
Açıqlamaya görə, 2019-cu ilin yanvar-aprel ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 25,5 faiz, real ifadədə 17,1 faiz, o cümlədən idxal 40,5 faiz, ixrac 0,4 faiz azalıb, qeyri neft-qaz məhsullarının ixracı faktiki qiymətlərlə 5,8 faiz, real ifadədə 12,9 faiz azalaraq 548,9 milyon dollar dəyərində olub.