• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Müxalif liderə cinayət işləri

  • 14 İyun 2020
  • comments
  • hikmet
  • Posted in Xəbər

Ermənistanın Milli Təhlükəsizlik Xidməti iyunun 14-də Çiçəklənən Ermənistan Partiyasının sədri, biznesmen Qaqik Sarukyana üç cinayət işi açıb. Novator.az-ın məlumatına görə, müxalif siyasətçi qanunsuz oyun biznesi və vergidən yayınmada; 2017-ci ilin parlament seçkisi kampaniyasında seçiciləri əla almaq üçün rüşvət verməkdə və Kotayk vilayətinin Arinc icmasında qanunsuz torpaq əldə etməkdə günahlandırılır.

Çiçəklənən Ermənistan Partiyası 132 deputatdan ibarət Ermənistan parlamentində 25 mandatla təmsil edilir. Qaqik Sarukyan da deputatdır.

2018-ci il dekabrın 9-da seçilmiş parlamentdə baş nazir Nikol Paşinyanın “Mənim addımım” blokunun (Böyük əksəriyyəti onun sədrlik etdiyi Vətəndaş Sazişi Partiyasının üzvləridir) 88, İşıqlı Ermənistan Partiyasının 17 mandatı var.

Son vaxtlar Çiçəklənən Ermənistan Partiyası Nikol Paşinyanın və hökumətinin istefası tələbləri qoyur. Tərəfdarları hesab edir ki, Qaqik Sarukyana cinayət işləri qaldırılması bununla bağlıdır. Onlar iyunun 14-ü paytaxt Yerevanda etiraz aksiyaları keçiriblər.

2017-ci il aprelin 2-də keçirilmiş parlament seçkisində Qaqik Sarukyanun bloku 105 nəfərlik qanunverici orqana 31 mandat əldə edib. Əksəriyyəti Çiçəklənən Ermənistan Partiyasının üzvləri olan bu blok 2018-ci ildə Nikol Paşinyanın hakimiyyətə gəlməsinə dəstək verib.

1975-ci il təvəllüdlü Nikol Paşinyanın Vətəndaş Sazişi Partiyası 2017-ci ilin parlament seçkisində daha iki partiya ilə birgə “Çıxış” bloku yaradıb. Blok parlamentə 9 mandat qazanıb.

2018-ci il martın 31-dən Nikol Paşinyan Ermənistanda prezident Serj Sərkisyanın baş nazir olmaq niyyətinə qarşı xalq hərəkatına başçılıq edib. Aprelin 9-da Serj Sərkisyanın prezident səlahiyyətləri başa çatıb. Həmin gün ölkə parlament idarə üsuluna keçdiyi üçün icra hakimiyyətinə rəhbərlik baş nazirə ötürülüb. Aprelin 17-də Serj Sərkisyan baş nazir kürsüsünə oturub, ancaq aprelin 23-də xalq etirazlarına tab gətirməyərək istefa verib. Mayın 8-dən baş nazir postuna Nikol Paşinyan keçib. Ermənistan hökuməti baş nazirdən, onun iki müavinindən və 12 nazirdən ibarətdir.

Toy qadağası nikahları nə qədər azaldıb?

  • 14 İyun 2020
  • comments

Operativ qərargahın 14 iyun məlumatı

  • 14 İyun 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda