Milli Məclisin 12 iyun iclasında 2019-cu ilin dövlət büdcəsinin icrası haqqında qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Novator.az bildirir ki, layihədə büdcənin gəlirləri 24,2 milyard manat göstərilir.
Fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmalar 952,1 milyon manat, hüquqi şəxslərin mənfəət (gəlir) vergisi üzrə daxilolmalar 2,5 milyard manat, hüquqi şəxslərin torpaq vergisi üzrə daxilolmalar 50 milyon manat, hüquqi şəxslərin əmlak vergisi üzrə daxilolmalar 212,6 milyon manat, əlavə dəyər vergisi üzrə daxilolmalar 5,1 milyard manat, sadələşdirilmiş vergi üzrə daxilolmalar 358,5 milyon manat, aksizlər üzrə daxilolmalar 854,7 milyon manat, yol vergisi üzrə daxilolmalar 118,9 milyon manat, mədən vergisi üzrə daxilolmalar 133,7 milyon manat, gömrük rüsumları üzrə daxilolmalar 1,1 milyard manat, Azərbaycanda istehsal edilən və qiymətləri tənzimlənən məhsulların kontrakt (satış) qiyməti ilə (ixrac xərcləri çıxılmaqla) ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən yığımlar 232,6 milyon manat, xarici dövlətlərə verilmiş kreditlər üzrə daxilolmalar 52,3 milyon manat, səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər 869 min manat, Dövlət Neft Fondundan transfert 11,3 milyard manat məbləğində rəsmiləşib.
Dövlət əmlakının, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqların icarəyə verilməsindən daxilolmalar 11,4 milyon manat, dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalar 8,4 milyon manat, dövlət rüsumu üzrə daxilolmalar 191,2 milyon manat, büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar 578,8 milyon manat, vergi orqanalrının xətti ilə toplanan sair daxiolmalar 127,2 milyon manat, sair daxilolmalar 129,3 milyon manat olub.
Xərclər 24,4 milyard manat həcmində qərarlaşıb.
Ümumi dövlət xidmətlərinə 2,9 milyard manat, müdafiəyə 3,1 milyard manat, məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluğa 1,5 milyard manat, təhsilə 2,1 milyard manat, səhiyyəyə 873,6 milyon manat, sosial müdafiə və sosial təminata 2,2 milyard manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyətə 335,7 milyon manat, mənzil və kommunal təsərrüfatına 334,3 milyon manat, yanacaq və enerji sektoruna 7,7 milyon manat, kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsinə 857,6 milyon manat, sənaye, tikinti və faydalı qazıntılara 6,2 milyard manat, nəqliyyat və rabitəyə 175 milyon manat, iqtisadi fəaliyyətə 372,6 milyon manat, əsas bölmələrə aid edilməyən xidmətlərə 3,1 milyard manat xərclənib.