• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

KİV-in fondu: iş prokurorluğa gedib

  • 10 İyun 2020
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

Hesablama Palatasının 10 iyun məlumatına görə, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna büdcədən ayrılan vəsaitlərin icrasına dair maliyyə və uyğunluq auditinin nəticələri kollegiya iclasında müzakirə olunub. Audit nəticəsində vəzifəli şəxslərin dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərinə əməl etməməsi, vəsaitləri təyinatı üzrə istifadə etməməsi, tikinti norma və qaydalarını pozması, kütləvi informasiya vasitələrinə yardımları qanunvericiliyin tələblərini pozmaqla verməsi və digər hallar üzrə nöqsanların üzə çıxdığı bildirilir. Qeyd olunur ki, iş üzrə materiallar Baş Prokurorluğa göndərilib.

Hesablama Palatası Milli Məclisin yaratdığı, parlamentə hesabat verən, daimi fəaliyyət göstərən, kənar dövlət maliyyə nəzarətini həyata keçirən ali audit orqanıdır.

Novator.az bildirir ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 2009-cu il aprelin 3-də yaradılıb. 2009, 2013 və 2017-ci illərdə prezident İlham Əliyev Vüqar Səfərlini qurumun icraçı direktoru təyin edib.

1958-ci ildə Ordubad rayonunun Tivi kəndində anadan olan Vüqar Səfərli Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini və Moskva Rabitə İnstitutunu bitirib.

Bakı Poçt Rabitəsi İstehsalat Birliyinin Qəzet-Jurnal Ekspedisiyası İdarəsinin rəisi, “Azərmətbuatyayımı” İstehsalat Birliyinin sədri olub.

2020-ci il aprelin 4-də prezident Vüqar Səfərlini icraçı direktor vəzifəsindən azad edib. Dövlət başçısının digər sərəncamı ilə Əhməd İsmayılov icraçı direktor təyin olunub.

Əhməd İsmayılov 1980-ci ildə doğulub. Bakı Dövlət Universitetini hüquqşünas, Dövlət İdarəçilik Akademiyasını dövlət qulluğunun təşkili və idarə edilməsi ixtisasları ilə bitirib.

Bakı Neft Energetika Kollecində müəllim, Ombudsman Aparatının vətəndaş və siyasi hüquqların müdafiəsi sektorunda böyük məsləhətçi, Nəqliyyat Nazirliyinin hüquq şöbəsində baş məsləhətçi vəzifələrində işləyib.

Dövlət Dəniz Administrasiyasında hüquq, kadr və beynəlxalq əlaqələr şöbəsinin müdiri, aparat rəhbəri postlarında çalışıb, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin direktor müavini olub.

Yeni Azərbaycan Partiyasının üzvü, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin ekspertidir.

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu mətbuat orqanlarına dövlət büdcəsindən yardımların ayrılmasına məsuldur. Bakının Bibiheybət qəsəbəsində jurnalistlər üçün tikilmiş binaların sifarişçisi də Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu olub. İki bina 2013 və 2017-ci illərdə istifadəyə verilib, digəri inşa olunur.

İstehlak nə qədər bahalaşıb?

  • 10 İyun 2020
  • comments

Pensiya sistemində dəyişiklik anonsu

  • 10 İyun 2020
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0

Tags

  • Hüquq
  • Media

Rəylər

Do not miss

comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

Son materiallar

comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda