• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ekspertdən karantin məsləhəti

  • 09 İyun 2020
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetŞərh

Azərbaycanda koronavirus infeksiyasını cilovlamaq istəyən Nazirlər Kabineti iyunun 6-dan 8-dək Bakı, Lənkəran, Sumqayıt, Gəncə şəhərlərində və Abşeron rayonunda tam hərəkət qadağası tətbiq edib, əksər iş, xidmət, o cümlədən ticarət sahələri üzrə fəaliyyəti dayandırıb.

Novator.az-ın məlumatına görə, özünün “Facebook” səhifəsində şərh yayan Respublikaçı Alternativ Partiyasının üzvü, iqtisadçı Natiq Cəfərli sərt karantin rejimi tətbiqini düşünülməmiş, heç bir hesablamaya əsaslanmayan qərar adlandırıb: “Hətta dişi, başı, mədəsi ağrıyan da 48 saat ərzində ancaq təcili yardıma zəng etməli idi ki, dərman və ya kömək alsınlar. Cənablar, təcili yardım indiki pandemiya şəraitində qızıla bərabər aktivdir, onu nədən boş işlərə zaman ayırmağa məcbur edirsiniz? Hər məhəllədə poliklinikalar var – onları 24 saatlıq iş rejiminə keçirin, işçilərə yüksək maaş verin, qoyun xırda məsələlərlə onlar məşğul olsunlar.

Koronavirusdan başqa da xəstəliklər var, 48 saat ağına-bozuna baxmadan evə qapadılan dializ, şəkər xəstələri necə yardım alsınlar, necə bayıra çıxsınlar? Kimyəvi terapiya alanlar nə etsinlər? Xəstəxanalara və ya həkim yardımına əlləri necə çatsın?

48 saat çörək və ərzaq satışını, aptekləri nədən bağladınız? Nədir bunun məntiqi? Karantin öncəsi yaratdığınız ajiotaja görə on minlərlə insanı marketlərə axın etməyə məcbur edəndə, maskasız, fiziki məsafə gözləmədən mağazalara dolduranda doğru iş gördünüz? Bəlkə də virusun ən çox yayıldığı günlər məhz həmin günlər oldu!

Ölkədə smart sayğaclar tətbiq olunur, sayğacında pulu bitən və ya sayğacı bloka düşən vətəndaşları heç düşünmədinizmi?

Mayın 31-də iri ticarət yerlərini, qapalı məkanlarda işləyən kafe-restoranların qapılarını açanda kiminlə məsləhətləşmişdiniz?

Polis nədən öz vətəndaşları ilə işğalçı kimi davranır? Kim onlara bu səlahiyyəti və əmri verib? Qaydaları pozanın cəzası 100 manatdırsa, normal cəza kəsin, məhkəməyə verin, daha nədən vətəndaşla qaçdı-tutdu oynayırsınız?

Belə sərt karantin tədbirləri məqbul və rasional deyil, effektiv də deyil. Bu həftəsonu iri ticarət yerlərini, qeyri-ərzaq dükanlarını, qapalı məkanlarda xidmət göstərən kafe-restoranları qapatmaq olar, bu məqbuldur, bir şərtlə ki, kiçik və orta sahibkarlara yeni dəstək paketi hazırlansın. Amma insanları 35 dərəcə isti olacaq günlərdə evə qapatmaq olmaz”.

Ermənistan: Baş Qərargahın yeni rəisi kimdir?

  • 09 İyun 2020
  • comments

Köhnə kənddən təzə xatirələr

  • 09 İyun 2020
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Trampın həftəsi – Hüquq professoru yazır

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

İsrailin Çindən İran umacağı – “Bloomberg”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

Pəhləvi Trampa ismarış göndərib – “Foks Nyus”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetTribuna

Putinin “onlayn yürüşləri”nə qarşı cəbhə açmaq gərəkdir

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Trampın həftəsi – Hüquq professoru yazır

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Trampın həftəsi – Hüquq professoru yazır

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

İsrailin Çindən İran umacağı – “Bloomberg”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

Pəhləvi Trampa ismarış göndərib – “Foks Nyus”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda