• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Klub turnirləri: hər şey yarımçıqdır

  • 08 İyun 2020
  • comments
  • hikmet
  • Posted in ManşetŞərh

Koronavirus pandemiyası futbolu, o cümlədən UEFA-nın klub turnirlərini iflic edib. Çempionlar Liqası və Avropa Liqasında 2019-2020 mövsümü mart ayında 1/8 finaldan yarımçıq qalıb.

“Leypsiq” (Almaniya), “Atalanta” (İtaliya), “Atletiko” (İspaniya) və PSJ (Fransa) komandaları Çempionlar Liqasının 1/4 finalına adlayıblar.

1/8 finalda “Çelsi”, “Mançester Siti” (İngiltərə), “Bavariya” (Almaniya), “Napoli”, “Yuventus” (İtaliya), “Barselona”, “Real” (İspaniya), “Lion” (Fransa) komandaları da yer alır.

Avropa Liqasının 1/8 finalında “Başakşəhər” (Türkiyə),“Kopenhagen” (Danimarka), “Olimpiakos” (Yunanıstan), “Vulverhempton”, “Mançester Yunayted” (İngiltərə), “Reyncers” (Şotlandiya), “Ayntraxt” (Frankfurt), “Bayer” “Volfsburq” (Almaniya), “Saxtyor” (Ukrayna), “Bazel” (İsveçrə), LASK (Avstriya), “İnter”, “Roma” (İtaliya), “Xetafe”, “Sevilya” (İspaniya) komandaları yarışır.

Klub turnirlərinin 2020-2021 mövsümü də ləngiyir. Novator.az-ın məlumatına görə, Çempionlar Liqasında qrup mərhələsinə qədər beş ələmə raundu nəzərdə tutulur.

İlkin mərhələdə Şimali İrlandiya, Kosovo, Andorra, San Marino birinciləri yer alacaq. Həmin komandalar bəlli deyil.

Kipr, Serbiya, Şotlandiya, Belarus, İsveç, Norveç, Qazaxıstan, Polşa, Azərbaycan, İsrail, Bolqarıstan, Rumıniya, Slovakiya, Sloveniya, Macarıstan, Şimali Makedoniya, Moldova, Albaniya, İrlandiya, Finlandiya, İslandiya, Bosniya, Litva, Latviya, Lüksemburq, Ermənistan, Malta, Estoniya, Gürcüstan, Uels, Monteneqro, Farer adaları, Cəbəllütariq birinciləri turnirə birinci mərhələdən qoşulur.

Kipri “Omoniya”, Serbiyanı “Srvena Zvezda”, Şotlandiyanı “Seltik”, Belarusu “Dinamo” (Brest), İsveçi “Yurqorden”, Norveçi “Molde”, Qazaxıstanı “Astana”, Moldovanı “Şerif”, İrlandiyanı “Dandolk”, Finlandiyanı KuPS, İslandiyanı “Reykyavik”, Bosniyanı “Sarayevo”, Litvanı “Suduva”, Latviyanı “Riqa”, Lüksemburqu “Fola”, Maltanı “Floriana”, Estoniyanı “Flora”, Gürcüstanı “Dinamo” (Tbilisi), Uelsi “Konnah Kuey”, Farer adalarını “Klaksvik”, Cəbəllütariqi “Europa” təmsil edəcək.

Xorvatiya, Danimarka, İsveçrə birinciləri, Türkiyə, Hollandiya, Avstriya, Çexiya, Yunanıstan, Xorvatiya çempionatlarının ikinciləri rəqiblərini ikinci mərhələdə gözləyir. Hollandiyanı “Alkmaar”ın təmsil edəcəyi dəqiqləşib.

Üçüncü mərhələdə Çexiya, Yunanıstan birinciləri, Fransa, Rusiya çempionatlarının üçüncüləri, Portuqaliya, Belçika, Ukrayna çempionatlarının ikinciləri var.

Fransa bu mərhələyə “Renn”i, Belçika “Gent”i çıxarır.

Hollandiya, Avstriya birinciləri yarışa dördüncü mərhələdən başlayır. Hollandiyanı “Ayaks”ın təmsil edəcəyi bilinir.

İspaniya, İngiltərə, İtaliya, Almaniya çempionatlarını ilk dörd pillədə, Fransa, Rusiya çempionatlarını ilk iki pillədə bitirən komandalar, Portuqaliya, Belçika, Ukrayna, Türkiyə birinciləri birbaşa qrupa vəsiqə alırlar.

İngiltərədən “Liverpul”, Almaniyadan “Bavariya”, Fransadan PSJ, Belçikadan “Brügge” vəsiqəni təmin ediblər.

Avropa Liqasında da beş (Çempionlar Liqasından ələnən komandalar üçün üç) ələmə raundu var. Azərbaycan kubokunun sahibi, eləcə də milli çempionatın gümüş və bürünc mükafatçıları turnirə ilkin raunddan sonra – birinci mərhələdən start verir.

Cəbhəçilər azadlığa çıxdı

  • 08 İyun 2020
  • comments

Günəşə bənzəyən yeni ulduz kəşf olunub

  • 08 İyun 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • İdman

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda