• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Hasilatda yeni razılaşma

  • 08 İyun 2020
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Neft hasilatının azaldılması üzrə yeni beynəlxalq razılaşma əldə olunub.

Novator.az xatırladır ki, aprelin 12-də iri neft ixracatçıları – OPEK ölkələri (Anqola, Birləşmiş Ərəb Əmirlikləri, Ekvador, Ekvatorial Qvineya, Əlcəzair, İraq, İran, Konqo, Küveyt, Qabon, Liviya, Nigeriya, Səudiyyə Ərəbistanı, Venesuela) və 10 qeyri-OPEK ölkəsi (Azərbaycan, Bəhreyn, Bruney, Cənubi Sudan, Qazaxıstan, Malayziya, Meksika, Oman, Rusiya, Sudan) gündəlik hasilatı mərhələlərlə azaltmaq razılığına gəliblər. Saziş may-iyun aylarında hasilatın 2018-ci ilin oktyabr ayı səviyyəsindən 9,7 milyon barrel həcmində azaldılmasını nəzərdə tutub.

Energetika Nazirliyinin məlumatına görə, OPEK və qeyri-OPEK ölkələri iyunun 6-da gündəlik hasilatın 9,7 milyon barrel azaldılması müddətinin iyulun sonunadək uzadılmasına qərar veriblər. İyulda OPEK ölkələri hasilatı 6 milyon 84 min barrel, qeyri-OPEK ölkələri 3 milyon 616 min barrel azaldacaqlar.

Azərbaycan gündəlik neft hasilatını 554 min barrel həcmində saxlamalıdır.

İyuldan sonra gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 8 milyon barrel azaldılması planlaşdırılır. Həmin dövrdə Azərbaycanın gündəlik hasilatı 587 min barrel səviyyəsində olmalıdır.

2021-ci ilin yanvar ayından isə gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 6 milyon barrel azaldılması nəzərdə tutulur. Azərbaycan həmin dövrdə hasilatı 620 min barrel həcmində saxlamağa razılıq verib.

2018-ci ilin oktyabr ayında Azərbaycanın gündəlik hasilatı 718 min barrel olub.

2020-ci ilin dövlət büdcəsində bir barrel neftin qiyməti 55 dollardan götürülüb. Azərbaycan nefti “AzəriLayt” yanvara 70,04, fevrala 62,15, marta 53,77, aprelə 19,43, maya 22,92, iyuna 38,14 dollarla başlayıb, hazırda 43 dollardan bahadır.

Kabinetdə baş veteran kimdir?

  • 08 İyun 2020
  • comments

Niyə bu gündəyik?

  • 08 İyun 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

Beşlikdə son nöqtə

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda