• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Erkin Qədirlidən Qarabağ təşəbbüsü

  • 08 İyun 2020
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetŞərh

Xarici İşlər Nazirliyi işğal altındakı Azərbaycan ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin adlarını qara siyahıya salır, onların Azərbaycana səfərini yasaqlayır. Novator.az bildirir ki, sonuncu dəfə 2020-ci il martın 4-də açıqlanan siyahıda 947 nəfərin adı yer alır. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, eləcə də Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları Ermənistanın işğalı altındadır.

Milli Məclisin deputatı, Respublikaçı Alternativ Partiyasının üzvü Erkin Qədirli özünün “Facebook” səhifəsində işğal olunmuş torpaqlarla bağlı qanun layihəsi hazırlamaq niyyətini açıqlayıb: “Başqa ölkələrin təcrübəsini öyrənir, qanunları, məhkəmə qərarlarını, akademik şərhləri oxuyuram. Qanunu Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarmağa çalışacağam.

İşğalla bağlı beynəlxalq hüququn qaydaları aydındır. Əslində, onları qanunda yazmağa elə bir ehtiyac da yoxdur, çünki həmin qaydaların çoxu beynəlxalq adət hüququdur, qanun olsa da, olmasa da, tətbiq edilməlidir.

O da aydındır ki, heç bir dövlət öz qanunları ilə başqa dövlətlər üçün hüquqi öhdəlik yarada bilməz. Ağlımda tutduğum layihədə söhbət başqa dövlətlər üçün deyil, onların fiziki və hüquqi şəxsləri üçün nəticələr haqqındadır.

Layihəyə Dağlıq Qarabağın azərbaycanlı icmasının hüquqi statusunu da əlavə edəcəm. İcmanın indiki statusu zəifdir, tam aydın deyil, o öz gücünü qanundan almalıdır.

Başqa dövlətlər üçün hüquqi öhdəliklərə gəlincə, onun da yolu var, istifadə edə bilsək. Məsələn, BMT Baş Məclisindən xahiş edə bilərik ki, Beynəlxalq Ədalət Məhkəməsindən məşvərət rəyi istəsin. Bunu Təhlükəsizlik Şurasından da xahiş edə bilərik. Belə məsələlərdə daimi üzvlərin veto hüququ yoxdur.

Beynəlxalq Ədalət Məhkəməsindən iki suala, ya da ikisindən birinə cavab istəmək gərəkdir: “BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin icrasız qalmasının hüquqi nəticələri nədir? və/və ya “Azərbaycan Respublikasının ərazilərinin işğal altında qalması üçüncü dövlətlər üçün hansı hüquqi öhdəliklər yaradır?”


Mövzu ilə əlaqədar bax:

Hüquqşünas: “Qarabağ icması haqda ayrıca qanun olmalıdır”

BMT qətnamələrindən necə yararlanmalı?

“Gözlərindən uzağa gördüm ki, getmək olmur…”...

  • 08 İyun 2020
  • comments

İcbari tibbi sığorta: 5 aylıq hesabat yayılıb

  • 08 İyun 2020
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
ManşetXəbər

Ermənilər Bakıya gəlməkdən imtina etdi

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Yaxın paytaxtlarda mənzil neçəyədir?

GLOBALS:0
comments
ManşetXəbər

Laçına xüsusi nümayəndə təyin edildi

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Qiymətə rəqabət əlacı

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetXəbər

Ermənilər Bakıya gəlməkdən imtina etdi

Son materiallar

comments
ManşetXəbər

Ermənilər Bakıya gəlməkdən imtina etdi

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Yaxın paytaxtlarda mənzil neçəyədir?

GLOBALS:0
comments
ManşetXəbər

Laçına xüsusi nümayəndə təyin edildi

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda