• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Məhbus jurnalist rəsmilərə müraciət edib

  • 05 İyun 2020
  • comments
  • hikmet
  • Posted in Xəbər

Məhbus jurnalist Polad Aslanov iyunun 3-də ombudsman Səbinə Əliyevaya və baş prokuror Kamran Əliyevə müraciət ünvanlayıb.

Xeberman.com və Press-az.com saytlarının təsisçisi və baş redaktoru Polad Aslanovu 2019-cu ilin iyununda Dövlət Təhlükəsizliyi Xidməti həbs edib və ona Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham verilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin həmin vaxt yaydığı açıqlamaya görə, Polad Aslanov xarici xüsusi xidmət orqanlarının əməkdaşları ilə ölkədən kənarda məxfi görüşlər keçirib, maddi maraq müqabilində əməkdaşlığa cəlb edilib: “O, xarici xüsusi xidmət orqanlarının əməkdaşlarından aldığı tapşırıqlar əsasında topladığı məlumatları Azərbaycanın dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə həmin orqanlara ötürüb, onların tapşırığı ilə mətbuatda, sosial şəbəkələrdə dövlət əleyhinə, hüquq mühafizə orqanlarının qanuni fəaliyyətini nüfuzdan salmağa yönəlmiş yazılar yayımlaması razılaşdırılıb.

Polad Aslanov jurnalistləri gələcək əməkdaşlıq imkanları üzrə xarici ölkə ərazisində həmin xüsusi xidmət orqanı əməkdaşları ilə tanış edib”.

Polad Aslanov bu ittihamı qəbul etmir. Onun müdafiəçiləri indiyədək bir neçə dəfə bəyan ediblər ki, jurnalist həbsinin peşə fəaliyyəti ilə bağlı olduğunu düşünür.

2019-cu ilin sonuna yaxın Polad Aslanova Cinayət Məcəlləsinin 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsi ilə əlavə ittiham da irəli sürülüb. Yeni ittihama görə, Polad Aslanov saytlardan birinin əməkdaşını hədələyib.

Jurnalistin işinə Bakı Ağır Cinayətlər Məhkəməsi baxır.

Novator.az-ın məlumatına görə, Polad Aslanov ombudsman Səbinə Əliyevaya və baş prokuror Kamran Əliyevə müraciətində yazır ki, 11 aydan çoxdur heç bir fakt, sübut olmadan Dövlət Təhlükəsizlik Xidmətinin istintaq təcridxanasında saxlanır: “Mən və ailəm aidiyyəti üzrə bütün dövlət orqanlarına müraciət etsək də, işimə obyektiv baxılmır. Mənə aid “Facebook” səhifəm, elektron poçtum, telefonum, kompüterim, nömrələrim hələ də qaytarılmayıb. Ailəmə və vəkillərimə dəfələrlə təzyiqlər edilib”.

Jurnalist Dövlət Təhlükəsizliyi Xidmətinin onun həbsində maraqlı tərəf saydığını vurğulayır, dəfələrlə Baş Prokurorluğa üz tutaraq istintaqı bu qurumun aparmasını istədiyini, amma buna nail olmadığını qeyd edir. O yazır ki, vəkillərinin 30-dan çox vəsatəti heç bir əsas olmadan rədd edilib: “Növbəti məhkəmə prosesi iyunun 8-nə təyin olunub. Sizdən mənim işimə obyektiv baxılmasını və ədalətli qərar verilməsini xahiş edirəm”.

Ramid Nağıyev azadlığa çıxdı

  • 05 İyun 2020
  • comments

Büdcənin icrası: qanun ilk oxunuşdan keçdi

  • 05 İyun 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0

Tags

  • Hüquq
  • Media
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda