• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Azərbaycan futbolunda yeni qaydalar

  • 05 İyun 2020
  • comments
  • Səidə Hüseynova
  • Posted in Xəbər

İyunun 21-də Azərbaycanın milli futbol çempionatı bərpa olunacaq. Oyunlar azarkeşsiz keçiriləcək.

2019-2020 mövsümü koronavirus pandemiyası üzündən mart ayının ortalarında dayandırılıb. Yüksək liqada oynanmamış 8 tur qalır.

Novator.az bildirir ki, iyunun 5-də Peşəkar Futbol Liqası mövsümün əsasnaməsinə əlavələri təsdiqləyib. Yeniliyə görə, yüksək liqa və Azərbaycan kuboku oyunlarında stadiona sərbəst giriş-çıxış matçın startından 3 saat əvvəl bağlanır: “Oyunlardan öncə stadiona gəlişinə rəsmi qaydada icazə verilmiş şəxslərin hərarəti girişdə yoxlanmalıdır. Hərarəti yüksək olan şəxsin stadiona girişinin qarşısı alınmalıdır. Stadiona, bazaya gələcək şəxslər mütləq şəkildə tibbi maskadan istifadə etməlidirlər.

Oyunun rəsmi nümayəndəsi matçın startından ən azı 2 saat 30 dəqiqə əvvəl stadionda olmalıdır. İclas otağı oyun günü matçın startından 3 saat əvvələ qədər dezinfeksiya edilməli və havalandırılmalıdır.

Futbolçular oyuna üzərində PFL-in verdiyi xüsusi “A buraxılışı” ilə gəlməlidirlər.

Komandaların stadion gələn zaman soyunub-geyinmə otağına yollanmaları növbəli şəkildə olmalı və bu zaman oyunçular fiziki təmasdan çəkinməlidirlər.

Oyunlara ancaq adı cari oyunun protokolunda qeyd olunan şəxslər gələ bilər. Zədəli, cəzalı və digər səbəblərdən oyunda iştirak etməyən şəxslərin stadiona gəlməsi qadağandır.

Oyunlara yalnız Peşəkar Futbol Liqasında qeydiyyatdan keçmiş, oyunun təşkili və qiymətləndirilməsinə cavabdeh olan şəxslər gələ bilər.

Oyundan öncə hər iki komandanın əvvəlki qaydada tuneldə yoxlanış üçün düzülməsi ləğv olunur. Bu, hər iki komandanın soyunub geyinmə otağının önündə gerçəkləşdiriləcək. Bu zaman futbolçular, eləcə də futbolçularla hakimlər arasında sosial məsafənin qorunması vacibdir. Köməkçi hakim tibbi maska taxmalıdır.

Oyunun start fitindən öncəki salamlaşma; vımpel dəyişmək; kollektiv şəkil çəkdirmək; hakimlərin oyundan əvvəl bir-birinə dəstək salamlaşması ləğv olunur.

Fasilə zamanı oyunçulara soyunub-geyinmə otağına getməmələri və stadionda dincəlmələri tövsiyə olunur (ciddi zərurət olmadığı təqdirdə).

Oyunçulara qol sevincini fərdi qeyd etmələri tövsiyə olunur.

Oyundan sonra sağollaşma təmassız edilməlidir.

Yarışların işıqlandırılması və təbliği üçün media nümayəndələrinin stadiona gəlişinə icazə verilir. Onlar stadiona mütləq şəkildə tibbi maskada gəlməli, hərarət yoxlanışından keçməlidirlər”.

Koronavirus: beynəlxalq statistikadan seçmələr

  • 05 İyun 2020
  • comments

Mehman: “Həyatım xilas olunmaqdadır”

  • 05 İyun 2020
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0

Tags

  • Hüquq
  • İdman
  • Səhiyyə

Rəylər

Do not miss

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda