Mərkəzi Bankın ən yeni hesabatına görə, iyunun 1-nə valyuta ehtiyatının həcmi 6 milyard 414,4 milyon dollar olub.
Novator.az bildirir ki, 2020-ci il 6 milyard 258 milyon dollarla başlayıb, fevralın 1-nə ehtiyatın həcmi 6 milyard 340,8 milyon dollar, martın 1-nə 6 milyard 400,9 milyon dollar, aprelin 1-nə 6 milyard 393,8 milyon dollar, mayın 1-nə 6 milyard 401,7 milyon dollar həddində rəsmiləşib.
2010-cu ilin əvvəlinə valyuta ehtiyatı 5 milyard 161,7 milyon dollar göstərilib.
2011-ci ilə ehtiyatın həcmi 6 milyard 407,6 milyon dollara, 2012-ci ilə 10 milyard 481,5 milyon dollara, 2013-cü ilə 11 milyard 694,8 milyon dollara, 2014-cü ilə 14 milyard 152 milyon dollara qalxıb.
2015-ci ilin əvvəlində 13 milyard 758,3 milyon dollar valyuta ehtiyatı qeydə alınıb. İki devalvasiya fonunda ilin sonuna ehtiyatın həcmi 5 milyard 16,7 milyon dollara enib.
2017-ci ilin əvvəlinə ehtiyatın həcmi 3 milyard 974,4 milyon dollar, 2018-ci ilin əvvəlinə 5 milyard 334,6 milyon dollar, 2019-cu ilin əvvəlinə 5 milyard 625,7 milyon dollar olub.