• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Jurnalist ifadə verməkdən imtina edib

  • 04 İyun 2020
  • comments
  • Səidə Hüseynova
  • Posted in Xəbər

İyunun 4-ü Xətai Rayon Məhkəməsində “Azadlıq” qəzetinin əməkdaşı, AXCP üzvü  Təzəxan Mirələmliyə qarşı başlanmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Təzəxan Mirələmliyə qarşı cinayət işi aprel ayında başlanıb. Ona Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ittiham irəli sürülüb. Həmin maddəyə əsasən, xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər 1000 manatdan 3000 min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Jurnalist fevralın 26-sı Bakının Xətai rayonunda, Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət mərasimində hakimiyyət tərəfdarı olan fəal Ata Abdullayevə xəsarət yetirməkdə təqsirli bilinir. Cinayət işi Ata Abdullayevin şikayəti əsasında başlanıb.

İş hakim Fərid Yaqubovun icraatındadır.

4 iyun prosesində Təzəxan Mirələmli iş üzrə özünü təqsirli bilmədiyini vurğulayaraq məhkəməyə sərbəst ifadə verməkdən imtina edib.

Ata Abdullayev isə çıxışında bildirib ki, fevralın 26-sı Xocalı abidəsi yaxınlığında AXCP sədri Kərimliyə sual vermək istəyərkən Təzəxan Mirələmli ona qarşı zor işlədib.

Məhkəmədə şahid qismində ifadə verən Rəşad Borçaliyev və Vədat İsmayılov Ata Abdullayevin dediklərini təsdiqləyiblər.

Təzəxan Mirələmlinin ekspertin dindirilməsi haqda verdiyi vəsatət qəbul edilməyib.

Proses iyunun 18-nə təxirə salınıb.

Marsel Prustun romanı azərbaycanca çap olunub

  • 04 İyun 2020
  • comments

Zərərdən çıxmağa 130 milyard avro ayrılır

  • 04 İyun 2020
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hüquq
  • Media

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda