• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Borc üstünə borc?

  • 03 İyun 2020
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetŞərh

Maliyyə Nazirliyi 1 yanvar 2020-ci ilə Azərbaycanın xarici dövlət borcunu 9 milyard 91 milyon ABŞ dolları göstərib. Bu, 2019-cu il üzrə ümumi daxili məhsulun 18,9 faizi həcmində borc deməkdir.

Novator.az-ın məlumatına görə, iqtisadçı Qubad İbadoğlu yazır ki, 2020-ci ildə ümumi dövlət borcuna xidmət xərclərinin məbləği 1 milyard 296,3 milyon ABŞ dolları olacaq: “Prezident İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunmuş 13 yanvar müşavirəsində xarici dövlət borcunun ümumi daxili məhsulun 17 faizi ətrafında olduğunu demiş və 2020-ci ildə borcun təxminən 1 faiz azalması proqnozu vermişdi. Lakin pandemiya dövründə həm Avropa Yenidənqurma və İnkişaf Bankı, həm də Asiya İnkişaf Bankı ilə prezident arasında aparılan videokonfranslarda əsas müzakirə mövzusu kreditlər olub. İyunun 1-i Asiya İnkişaf Bankı ilə keçirilən konfransda dövlət başçısı bildirib ki, bu bankın Azərbaycana ayırdığı kredit və zəmanətlərin ümumi məbləği 3 milyard ABŞ dollarını ötür.

Müzakirələrin gedişindən görünür ki, əvvəl verilmiş bəyanatların əksinə olaraq Azərbaycan hökuməti yenidən dövlətin xarici borcunu artırmağa çalışır. Bu gedişlə ilin sonuna borcun ümumi daxili məhsulda payı 20 faizi ötə bilər.

2018-ci il avqustun 24-də Azərbaycanda dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün strategiya təsdiqlənib. Sənədə əsasən, xarici dövlət borcunun 2025-ci ildə 3,8 milyard dollaradək azalacağı gözlənirdi. İndi maliyyə naziri Samir Şərifov qeyd edir ki, hökumət xarici dövlət borcunun idarə edilməsi üzrə strategiyaya müəyyən düzəlişlərin edilməsi məcburiyyətində qalacaq, limitə yenidən baxılacaq”.

2011-ci ilə 3 milyard 857,3 milyon dollarlıq xarici borc olub.

2012-ci ilə borc 4 milyard 816,7 milyon dollara, 2013-cü ilə 5 milyard 708,4 milyon dollara yüksəlib.

2014-cü ilə borc 4 milyard 753,2 milyon manat, 2015-ci ilə 6 milyard 478,2 milyon dollar, 2016-cı ilə 6 milyard 894,3 milyon dollar, 2017-ci ilə 6 milyard 913,2 milyon dollar məbləğində rəsmiləşib.

1 yanvar 2018-ci ilə xarici dövlət borcunun məbləği 9 milyard 398,3 milyon dollar olub.

1 yanvar 2019-cu ilə xarici dövlət borcunun məbləği 8 milyard 927,1 milyon dollara düşüb.

Azərbaycan nefti 40 dollardan bahadır

  • 03 İyun 2020
  • comments

Boşanma statistikası

  • 03 İyun 2020
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • Siyasət
  • Sosial

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda