İqtisadiyyat Nazirliyi koronavirus pandemiyasından zərər çəkən sahibkarlara dövlət maliyyə dəstəyinin göstərilməsi ilə bağlı hesabat yayıb.
Rəsmi açıqlamaya görə, mayın 31-nə nazirliyə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənməsi üçün 28 min 56 vergiödəyicisi, maliyyə dəstəyi almaq üçün 112 min 565 fərdi (mikro) sahibkar müraciət edib: “Mayın 31-nə 23 min 131 vergiödəyicisinə 201 min 250 nəfər muzdlu işçinin əməkhaqqı üzrə 77,54 milyon manat vəsaitin köçürülməsi təmin olunub. Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 57,71 milyon manat vəsait 99 min 603 fərdi (mikro) sahibkarın bank hesabına köçürülüb”.