• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Putin konstitusiyası: səsvermənin yeni tarixi müəyyənləşdi  

  • 02 İyun 2020
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Rusiya prezidenti Vladimir Putin ölkə konstitusiyasına dəyişikliklər referendumunu iyulun 1-nə təyin edib. Fərman iyunun 1-i axşam imzalanıb.

Novator.az bildirir ki, dəyişikliklər layihəsinə martın 11-də parlament palataları – Dövlət Duması və Federasiya Şurası xeyir-dua verib. Bunun ardınca layihə bütün federasiya subyektlərinin qanunverici orqanlarından keçib, həmin qərarlar Federasiya Şurasının 14 mart iclasında təsdiqlənib, prezident isə layihəni imzalayaraq rəy üçün Konstitusiya Məhkəməsinə yollayıb. Rəy müsbət olub, layihəni aprelin 22-də ümumxalq səsverməsinə – referenduma çıxarmaq qərarı verilib. Ancaq koronavirus pandemiyası üzündən həmin gün referendum keçirmək mümkün olmayıb.

Yeni qərara görə, referendum iyulun 1-də keçiriləcək, ancaq vətəndaşlara iyunun 25-dən başlayaraq səs vermək imkanı yaradılacaq.

Ana qanunda yeniliklər layihəsi ölkədə azı 25 il daimi yaşamamış, başqa ölkənin vətəndaşı olmuş və ya xaricdə daimi yaşamaq hüququ almış şəxsin Rusiya prezidenti postuna namizədliyinə, dövlət qulluqçularının başqa ölkənin vətəndaşı olmasına və xaricdə daimi yaşamaq hüququ əldə etməsinə yasaq qoyur.

Layihəyə əsasən, heç kim iki dəfədən artıq prezident seçilə bilməz. Ancaq bu norma yenilik qüvvəyə minəndən sonra prezident seçiləcək şəxslərə şamil olunur və indiki dövlət başçısı Vladimir Putin növbəti iki prezident seçkisinə qatıla bilər.

Digər təklifə əsasən, baş naziri, baş nazirin müavinlərini və federal nazirləri Dövlət Duması təyin edəcək.

Federasiya Şurası xarici işlər, müdafiə, ədliyyə, daxili işlər, fövqəladə hallar nazirlərinin, baş prokurorun və onun müavinlərinin təyinatına razılıq vermək səlahiyyətləri alır.

Başqa yenilik təkliflərinə əsasən, pensiyaları mütəmadi indeksləşdirmə qaydası, həmçinin minimum əməkhaqqının ölkə üzrə yaşayış minimumundan aşağı olmasının yolverilməzliyi konstitusiyaya norma kimi salınır.

1952-ci il təvəllüdlü Vladimir Putin 1996-cı ildən Rusiyanın ali hakimiyyət orqanlarında işləyib, prezidentin işlər müdirinin müavini, Prezident Administrasiyası rəhbərinin birinci müavini, Federal Təhlükəsizlik Xidmətinin direktoru, Təhlükəsizlik Şurasının katibi olub.

1999-cu il avqustun 16-da baş nazir təyin edilib. 1999-cu il dekabrın 31-dən həmçinin prezident vəzifəsini icra edib. 2000-ci ildə prezident seçilib. 2004-cü il seçkisində bu postu əlində saxlayıb.

2008-ci ilin may ayından Rusiyanın baş naziri olub. 2012-ci ildə yenidən prezident seçilib, 2018-ci ilin seçkisində postunu qoruyub. Onun səlahiyyət müddəti 2024-cü ildə başa çatır.

“Ehtiyatları qorumaq və artırmaq başlıca hədəfimiz...

  • 02 İyun 2020
  • comments

2 iyun qiymətləri

  • 02 İyun 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiXəbər

ABŞ İsrail-İran münaqişəsində – Sorğular

GLOBALS:0
comments
Dünyanın səsiManşetTribuna

Amerikalı general: ABŞ kosmosda taxtdan düşə bilər

GLOBALS:0
comments
Dünyanın səsiManşetŞərh

Qərb İran hakimiyyətini necə devirmişdi? – CNN

GLOBALS:0
comments
Xəbər

Liqalar: 82+45+109

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

ABŞ İsrail-İran münaqişəsində – Sorğular

Son materiallar

comments
Dünyanın səsiXəbər

ABŞ İsrail-İran münaqişəsində – Sorğular

GLOBALS:0
comments
Dünyanın səsiManşetTribuna

Amerikalı general: ABŞ kosmosda taxtdan düşə bilər

GLOBALS:0
comments
Dünyanın səsiManşetŞərh

Qərb İran hakimiyyətini necə devirmişdi? – CNN

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda