• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Parlament ünvanlı yardım yeniliklərinə səs verdi

  • 02 İyun 2020
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

İyunun 2-də Milli Məclis “Ünvanlı dövlət sosial yardımı haqqında” qanunda dəyişiklikləri son oxunuşda qəbul edib. Novator.az bildirir ki, əsas yeniliklərin birinə görə, sosial yardım almaq hüququ olan ailələr belə təsnif olunur: “Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə qərarı ilə itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər”.

Başqa bir dəyişikliyə əsasən, sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən 1 il müddətinə təyin olunur.

Qanuna əsasən, sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir.

Yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) 15 iş günü müddətində məlumat verməlidir.

Sosial yardımın dayandırılmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar aşkarlandıqda sosial yardımın ödənişi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır.

Ailənin sosial yardım almaq hüququna baxılma zamanı sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) düzgün olmayan və ya natamam məlumat verildiyi aşkar olunduqda həmin ailə 1 il müddətinə sosial yardım almaq hüququnu itirir.

Aztəminatlı ailənin üzvü özünüməşğulluğa cəlb edildiyi hallarda həmin ailənin sosial yardım almaq üçün müraciət etmək hüququ seçilmiş özünüməşğulluq istiqaməti üzrə əmlakın verilməsi barədə müqavilənin qüvvədə olduğu müddət ərzində məhdudlaşdırılır.

Sosial yardımın təyinatı zamanı ailədən bilərəkdən tam və ya düzgün olmayan məlumatın verilməsi, eləcə də sosial yardımın ödəndiyi müddətdə ailənin gəlirlərində baş vermiş dəyişikliklər barədə məlumatın verilməməsi səbəbindən artıq vəsait ödəndiyi zaman sosial yardım alan ailə artıq ödənmiş sosial yardımın məbləğini könüllü qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) qaytarmalıdır. Bundan imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır.

Qanuna əsasən, ünvanlı yardım orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailəyə düşür. 2020-ci ildə ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarının həddi 160 manat götürülüb.

Maska cərimələri son oxunuşda qəbul olundu

  • 02 İyun 2020
  • comments

Naxçıvanın əhalisi

  • 02 İyun 2020
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0

Tags

  • Hüquq
  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

Beşlikdə son nöqtə

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda