• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

BMT qətnamələrindən necə yararlanmalı?

  • 01 İyun 2020
  • comments
  • Səidə Hüseynova
  • Posted in AktualManşetTribuna

Erkin Qədirli
Milli Məclisin deputatı

BMT Təhlükəsizlik Şurasının işğal olunmuş Azərbaycan torpaqları ilə bağlı 1993-cü il qətnamələrinin (822, 853, 874, 884) potensialından yetərincə istifadə etmədiyimizi düşünürəm. Diqqətsizliyimizdənmi, nəticə çıxarmağa tələsdiyimizdənmi, səbəbi hər nədirsə, amma biz cəmiyyət olaraq mətnin arxasındakı konteksti çox zaman görmürük (hermenevtik biliklərimiz azdır).

Təhlükəsizlik Şurasının qətnamələri nə dərəcədə aydındır?

Çox zaman deyilir ki, orada söhbət yalnız “yerli erməni qüvvələr”dən gedir, Ermənistan işğalçı adlandırılmır və s.

Birincisi, “yerli erməni qüvvələr” ifadəsi ancaq birinci (822 saylı) qətnamədə işlədilir, sonrakı qətnamələrdə bu ifadə yoxdur. İkincisi, ingilis mətnində bu ifadənin qarşısında “the” müəyyənlik artikli yazılmayıb, sadəcə “local Armenian forces” yazılıb. İngilis dilini yaxşı bilənlər, xüsusilə hüquqşünaslar “the” artiklinin mətnin ümumi mənasına necə böyük təsir göstərdiyini bilirlər. 822 saylı qətnamədə “yerli erməni qüvvələr” ifadəsinin qarşısında bu artikulun olmaması söhbətin məhz və ya yalnız Dağlıq Qarabağdakı separatçılardan getmədiyini aydın göstərir.

Qətnamənin müqəddiməsindəki kontekstual düzülüşə baxaq. Öncə Ermənistanla Azərbaycan arasında münasibətlərin pisləşməsi, sonra silahlı döyüşlərin kəskinləşməsi qeyd olunur. Buradan aydın görünür ki, Təhlükəsizlik Şurası münaqişənin kimin arasında olduğunu yaxşı anlayıb. Keçmiş Yuqoslaviyadakı münaqişə kontekstində Təhlükəsizlik Şurası “Yuqoslaviyadakı döyüşlər”, “Yuqoslaviyadakı tərəflər” ifadələrini işlətməklə oradakı münaqişənin daxili olduğunu göstərib. Bizim kontekstdə “Azərbaycandakı döyüşlər”, “Azərbaycandakı tərəflər” ifadələri yoxdur. Təhlükəsizlik Şurası münaqişənin Ermənistanla Azərbaycan arasında olduğunu dolayısı ilə bildirib. Elə oradaca Təhlükəsizlik Şurası bölgənin bütün (!) dövlətlərinin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq sərhədlərin toxunulmazlığını vurğulayıb. Daxili münaqişələr kontekstində belə mətnlər yazılmır.

Sonrakı qətnamələrdə isə Azərbaycanın adı ayrıca çəkilir. Yəni məhz Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq sərhədlərinə təhlükənin olduğu vurğulanır.

Müqəddimədə daha maraqlı bir yer var: “yerli erməni qüvvələr”in Kəlbəcərə “girməsi” (invasion). “İşğalı” (occupation) deyil, “girməsi” (invasion) yazılıb. Beynəlxalq hüquqda “işğal” sözünün mənası çox aydındır: işğal ancaq dövlətlərarası münaqişənin nəticəsi ola bilər. Daxili münaqişələrdə döyüşən tərəflərin hansısa yeri tutması işğal sayılmır.

Buradan nə anlamaq olar? “Yerli erməni qüvvələr”in Kəlbəcəri tutması işğal deyil, “girmə” adlandırılırsa, həmin qüvvələrin ancaq Dağlıq Qarabağdakı separatçılardan ibarət olduğu anlamına gəlirmi? Kəlbəcər işğal olunmuş sayılmırmı?

Gəlin diqqətlə oxuyaq. Müqəddimədə mətn belədir: “…xüsusilə də yerli erməni qüvvələrin Kəlbəcərə girməsi…”. Unutmayaq ki, orada “the” artikli yoxdur. Ayrıca “xüsusilə də” ifadəsi Kəlbəcərin tutulmasını münaqişənin yalnız bir epizodu sayıldığını göstərir.

Qətnamənin 1-ci bəndi konteksti daha aydın açır. Orada belə yazılıb: “… bütün işğalçı qüvvələrin Kəlbəcər rayonundan və Azərbaycan Respublikasının bu yaxınlarda işğal olunmuş başqa yerlərindən dərhal çıxmasını tələb edir”.

“İşğal” sözünə diqqət! Haradan çıxdı bu söz? “Yerli erməni qüvvələr” ifadəsi vardısa, “bütün işğalçı qüvvələr” ifadəsinə nə gərək vardı. Mənalar qarışdımı? Yox! Məna müqəddimədən başlayaraq həmişə aydın olub. “The” artiklinin olmaması, “xüsusilə də” ifadəsinin işlədilməsi, “girməsi” sözündən sonra “işğal olunmuş” və “bütün işğalçı qüvvələrin” sözlərinin yazılması kontekstual ünvanın Ermənistan olduğunu bildirir.

Niyə Ermənistan birbaşa işğalçı adlandırılmayıb? Çünki buradan Təhlükəsizlik Şurası üçün ayrıca bir öhdəlik doğacaqdı. Bir dövlətin işğalçı adlandırılmasından sonra onun təcavüzkar adlandırılması lazım olacaqdı. Təhlükəsizlik Şurası bunu etmək istəməyib (çeşidli səbəblərdən). Bununla belə, qətnamənin mətnində söhbətin Ermənistandan getdiyini göstərib.

İndi də qətnamənin bəlkə də ən maraqlı yeri haqqında. “Azərbaycan Respublikasının bu yaxınlarda işğal olunmuş başqa yerləri” haradır? Kəlbəcərdən öncə hara işğal olunub? Şuşa, Xocalı və s. Yəni 822 saylı qətnamə yalnız Kəlbəcərlə bağlı deyil. Şuşanın və başqa yerlərin adının çəkilməməsi heç nəyi dəyişmir. Ona qalsa, Laçının da adı heç bir qətnamədə çəkilmir, amma 853 saylı Ağdam qətnaməsi Laçını da ehtiva edir, çünki “bu yaxınlarda” sözləri orada da işlədilir.

Qalır “bu yaxınlarda” ifadəsinin mənası. İngiliscə “recently” sözünün mənası yetərincə geniş ola bilər. Təhlükəsizlik Şurası özü də buna işarə verib. 884 saylı qətnamədə “ən son” (latest) sözünü işlədir. Yəni “bu yaxınlarda” sözü qısa zamanı bildirmiş olsaydı, Təhlükəsizlik Şurası sonradan “ən son” ifadəsini işlətməzdi.

Siyasi danışıqlarda bu arqumentlərdən rahat istifadə etmək olar. Ermənilər və onları dəstəkləyənlər bununla razılaşmaya bilər, amma bu bizi dayandırmamalıdır. Hüquqi sənədlərin potensialından tam istifadə etməliyik.


Müəllifin başqa yazıları:

Orta təbəqə olmayanda…

Tarix və adamlar

Hüquqa müqavimət

Əsgər niyə səs verməsin?

Elektorat və selektorat

Bir nəfərin neçə səsi var?

Hüququn faydası, faydalı hüquq

Gündəm aldanışı

  • 01 İyun 2020
  • comments

Yeni cərimə: qaldı bir oxunuş, bir də imza

  • 01 İyun 2020
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
TribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda