Operativ qərargahın 31 may məlumatı
Azərbaycanda daha 248 nəfər koronavirus infeksiyasına yoluxub, 101 nəfər sağalaraq xəstəxanadan buraxılıb, 1956 və 1960-cı il təvəllüdlü iki xəstə vəfat edib. Nazirlər Kabineti yanında operativ qərargahın 31 may məlumatında belə deyilir. Rəsmi hesabata görə, ümumən ölkədə 5494 yoluxma müəyyən edilib...
ABŞ prezidentliyinə iddiaçılar
2020-ci il noyabrın 3-ü ABŞ-da prezident seçkisi keçiriləcək. Novator.az bildirir ki, qələbəyə iki şanslı namizəd var: Respublikaçılar Partiyasından indiki prezident Donald Tramp və Demokratlar Partiyasından sabiq vitse-prezident Cozef Bayden. Donald Tramp 1946-cı il iyunun 14-də Nyu-Yorkda doğulub....
Maska cərimələri parlamentdən keçdi
Milli Məclisin 31 may iclasında İnzibati Xətalar Məcəlləsinə ilk oxunuşda dəyişikliklər edilib. Novator.az-ın məlumatına görə, 211-ci maddə 211.1-ci maddə hesab olunub. Həmin maddə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslərə 100 manatdan ...
Milli çempionat bərpa olunur
Azərbaycanın milli futbol çempionatı iyunun 21-dən bərpa olunur. Novator.az xəbər verir ki, qərar Klublar Komitəsi, AFFA və Professional Futbol Liqası rəsmilərinin 31 may iclasında qəbul edilib. Bütün oyunlar tamaşaçısız keçiriləcək. 2019-2020 mövsümü koronavirus pandemiyasına görə mart ayının ortal...
“Ey torpaq, köksünü sən gəl, aç mənə…”
Paşa Ağaoğlu – 70 Paşa Ağaoğlunun doğulduğu Dəmirçi kəndi ilə mənim doğulduğum Kərimbəyli kəndi arasında təxminən dörd-beş kilometrlik bir ara kəsimi olub Şərur rayonunda. Mənim doğulduğum kənd Xan Araza söykənib, onun doğulduğu kənd isə dağlara… Onu uzaqdan-uzağa 1986-88-ci illərdə onla...
Bakıda əhali
Novator.az Azərbaycan paytaxtının əhali statistikasını təqdim edir. 2020-ci il aprelin 1-nə Bakı şəhərinin əhalisi 2 milyon 294,8 min nəfər olub. Dövlət Statistika Komitəsinin saytında paytaxt rayonları əhali sayına görə belə sıralanır: Xətai – 288,9 min nəfər Binəqədi – 267,8 min nəfər Yasamal – 24...
Koronavirus: harada nə qədər xəstə var?
Novator.az koronavirus xəstəliyi üzrə beynəlxalq statistikaya nəzər yetirib. 2019-cu ilin dekabrında Çində üzə çıxaraq dünyanı bürüyən koronavirus xəstəliyinə ümumilikdə 6 milyon 176 min 278 nəfər yoluxub. Onların 371 min 282-si vəfat edib, 2 milyon 745 min 11-i sağalıb. Hazırda 3 milyon 659 min 985...
Rəsmi maaş statistikası
2020-ci il aprelin 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin aylıq orta maaşı 744,5 manat olub. Novator.az Dövlət Statistika Komitəsinə istinadla bildirir ki, iqtisadi fəaliyyət növləri üzrə ən yüksək orta maaş mədən sənayesində qeydə alınıb – 3798,9 manat. Maliyyə və sığorta fəaliyy...
Bakıda orta maaş nə qədərdir?
2020-ci il aprelin 1-nə Azərbaycan paytaxtında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1022,9 manata çatıb. Novator.az bildirir ki, Bakı Şəhər Statistika İdarəsi belə hesabat yayıb. Rəsmi məlumata görə, yanvar-aprel aylarında paytaxt sənayesində istehsal edilmiş malların və göstərilmiş xidm...
Populyar adlar
2020-ci ilin ilk beş ayında Azərbaycanda doğulan oğlan uşaqlarına ən çox Uğur adı qoyulub. Novator.az Ədliyyə Nazirliyinə istinadla bildirir ki, bu adı yanvar-may aylarında 609 uşaq alıb. Yusif populyar oğlan adları içində ikincidir: 600 uşaq. Beş ayın digər populyar adları bunlardır: Əli – 58...
Məzənnələrin beş ayı
Novator.az xarici valyutaların yanvar-may ayları üzrə rəsmi məzənnələrinə nəzər salıb. Avro 2020-ci ilə 1,9025 manatla başlayıb. Fevralda maksimal qiymət 1,8839 manat, martda 1,9332 manat, apreldə 1,8740 manat, mayda 1,8873 manat olub. Gürcüstan larisi 0,5947 manatla start götürüb. Fevralda ən yüksə...
Hansı qadağalar qalır?
Mayın 31-i Azərbaycanda koronavirus pandemiyasına görə tətbiq olunmuş xüsusi karantin rejimi ilə bağlı yeni qərar rəsmiləşib. Novator.az bildirir ki, Nazirlər Kabinetinin qərarına əsasən, ölkədə bu məhdudiyyətlər qüvvədə qalır: – yük daşımaları istisna olmaqla ölkə ərazisinə giriş-çıxışın daya...