• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Orta pensiya 300 manata yaxınlaşıb

  • 22 May 2020
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

2020-ci il aprelin 1-nə Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 264,3 min nəfər pensiyaçı qeydiyyatda olub. Novator.az bildirir ki, Dövlət Statistika Komitəsinin hesabatına görə, onların 58,4 faizi yaşa, 30,2 faizi əlilliyə, 11,4 faizi ailə başçısını itirməyə görə pensiya alıb.

Təyin olunmuş aylıq pensiyaların orta məbləği 297 manat göstərilir.

Aprelin 1-nə 416,9 min nəfərə sosial müavinətlər təyin olunduğu vurğulanır: yaşa görə 94 min nəfərə, əlilliyə görə 183,8 min nəfərə, ailə başçısını itirməyə görə 48,5 min nəfərə müavinət verilib, sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan 18 yaşadək uşaqların sayı 61,8 min nəfər, digər müavinətləri alanların sayı 28,8 min nəfər olub.

Azərbaycanda əmək pensiyasının minimum məbləği 200 manatdır.

2020-ci ildən əmək pensiyasının sığorta hissəsi orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun, sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı isə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilir.

İndeksləşdirmə Dövlət Statistika Komitəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunan rəsmi bilgi əsas götürülməklə həyata keçirilir.

Əmək pensiyasının sığorta hissəsi fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənən pensiya ödənişi müddətinin aylarının sayına (144 ay) nisbəti şəklində hesablanan məbləğ, pensiya kapitalı fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir.

Fevralın 6-da prezident İlham Əliyev əmək pensiyalarının indeksləşdirilməsinə sərəncam verib. Sənədə əsasən, bütün növ əmək pensiyalarının sığorta hissəsi orta aylıq nominal əməkhaqqının 2019-cu ildəki artım tempinə uyğun olaraq 16,6 faiz artırılıb. Artım 2020-ci il yanvarın 1-dən tətbiq olunub.

2019-cu ildəki rəsmi inflyasiya göstəricisinə uyğun olaraq isə fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğləri yanvarın 1-dən 2,6 faiz yüksəlib.

Doğulanların 52,9 faizi oğlandır

  • 21 May 2020
  • comments

Cəhənnəmdən keçmiş mələk (164)

  • 22 May 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0
comments
Xəbər

Rumıniyada seçki nöqtəsi

GLOBALS:0
comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

“Qarabağ”lı turnir

Son materiallar

comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0
comments
Xəbər

Rumıniyada seçki nöqtəsi

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda