• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Bu qədər ədalətsiz bölgü olarmı?”

  • 22 May 2020
  • comments
  • hikmet
  • Posted in AktualManşetŞərh

Maliyyə Nazirliyinin 21 may hesabatına görə, koronavirus pandemiyasının Azərbaycanın sosial-iqtisadi həyatına mənfi təsirinin azaldılması ilə bağlı tədbirlər üzrə dövlət büdcəsindən 533 milyon 257 min manat ayrılıb: “Mayın 19-na pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əmək haqlarının ödənməsi üçün 69 milyon 119 min manat, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi üçün 55 milyon 637 min manat ödənib, Sahibkarlığın İnkişafı Fonduna 35 milyon manat verilib.

Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan 600 min şəxsə iki ay ərzində 190 manat birdəfəlik ödəmənin verilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 229 milyon manat köçürülüb, həmçinin işsizlərin müvəqqəti məşğulluğunun təmin edilməsi məqsədilə 15 milyon manat vəsait ayrılıb.

“Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) 86 milyon 900 min vəsaitin köçürülməsi təmin edilib. Dövlət büdcəsindən ayrılan maliyyə dəstəyi ilk növbədə AZAL-da və onun tabeli təşkilatlarında çalışan işçilərin əmək haqları və ona bərabər tutulan ödənişlərə, xarici və daxili qurumlar qarşısında olan borclara, kommunal və bir sıra digər minimal əməliyyat xərclərinin ödənməsinə yönəldilib.

“Bakı Metropoliteni” QSC-yə 2 milyon 600 min manat ilkin maliyyə dəstəyi göstərilib.

İpoteka və Kredit Zəmanət Fonduna güzəştli ipoteka kreditlərinin verilməsi məqsədilə 40 milyon manat vəsait köçürülüb.

Naxçıvan Muxtar Respublikası ərazisində fəaliyyət göstərən 323 sahibkarlıq subyektində çalışan 4134 muzdlu işçinin əməkhaqqının ödənilməsi üçün 1 milyon 603 min manat, 6282 fərdi (mikro) sahibkara isə maliyyə yardımının edilməsi üçün 2 milyon 298 min manat maliyyə dəstəyinin göstərilməsi təmin edilir.

Həmçinin dövlət büdcəsindən işsiz kimi qeydiyyata alınan şəxslərə dövlət dəstəyinin göstərilməsi məqsədilə 3 milyon 610 min manat, Naxçıvan Beynəlxalq Hava Limanının əməkhaqqı və digər əməliyyat xərclərinin qarşılanması, habelə şəhərlərarası və şəhərdaxili nəqliyyat xidməti sahəsində fəaliyyət göstərən 7 sahibkarlıq subyektinə maliyyə yardımının göstərilməsi üçün 1 milyon 242 min manat muxtar respublikanın Nazirlər Kabinetinə köçürülüb”.

Novator.az-ın məlumatına görə, Maliyyə Nazirliyinin hesabatını şərh edən iqtisadçı alim, Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu yazır ki, dövlətin AZAL-a ayırdığı pula 469 mindən çox şəxsə 190 manat birdəfəlik ödəniş etmək olardı: “İndiyədək 22682 vergi ödəyicisinə 199449 nəfər muzdlu işçinin əməkhaqqının ödənməsi üçün 69,12 milyon manat vəsait ödənib. Yalnız AZAL-a 86,9 milyon manat, amma 200 minə yaxın muzdlu işçisi olan 22682 vergi ödəyicisinə 69,12 milyon manat verilib. Bu qədər ədalətsiz bölgü olarmı? Hesablayanda görürsən ki, AZAL-a verilən pulla 469 min 473 nəfərə 190 manat birdəfəlik ödəniş etmək olardı.

AZAL-a bu qədər isti maliyyə münasibəti şəxsi və korporativ maraqlarla əlaqəlidir. Hələ mümkündür ki, AZAL-a əlavə dəstək də göstərilsin.

Yeri gəlmişkən, AZAL pandemiyaya görə uçuşları təxirə salınan aviareyslərə sərnişinlərin ödədiyi vəsaitləri hələ də qaytarmayıb”.

Fəxri adlar: neçə nəfər təqaüd alır?

  • 22 May 2020
  • comments

Gözəl və bədbəxt şəhərim…

  • 22 May 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0

Tags

  • Hüquq
  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda