• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Cəbhəçiyə cinayət işi qaldırılıb

  • 18 May 2020
  • comments
  • Novator.az
  • Posted in Xəbər

AXCP fəalı, partiya sədri Əli Kərimlinin mühafizəçisi Niyaməddin Əhmədovdan yeni xəbər var.

Niyaməddin Əhmədov aprelin 16-sı Bakıda tutularaq polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaq və karantin rejiminin tələbini pozmaq ittihamı ilə 30 sutka inzibati həbsə məhkum edilmişdi. AXCP-nin bəyan etdiyinə görə, Niyaməddin Əhmədov hərəkət icazəsi olduğu halda, Süleyman Rəhimov küçəsində, Əli Kərimlinin yaşadığı binadan çıxarkən tutulmuşdu.

Daxili İşlər Nazirliyinin Binəqədi rayonundakı inzibati həbs məntəqəsində saxlanan fəalın cəza müddəti mayın 15-i axşam başa çatıb. Ancaq Niyaməddin Əhmədov azadlığa çıxmayıb və ondan heç bir soraq olmadığı barədə məlumat yayılıb.

“Turan”ın 18 may məlumatına görə, Niyaməddin Əhmədova Cinayət Məcəlləsinin 214-1-ci maddəsi ilə terrorçuluğu maliyyələşdirmə ittihamı irəli sürülüb və Nəsimi Rayon Məhkəməsi onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Terrorçuluğu maliyyələşdirmə ittihamı 10 ildən 14 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

Mayın 18-də AXCP məsələ ilə bağlı bəyanat yayıb. Bəyanatda Niyaməddin Əhmədova irəli sürülən ittiham rədd edilir, onun əslində partiya sədri Əli Kərimlini müdafiə etdiyi üçün cəzalandırıldığı bildirilir.

AXCP bəyan edir ki, 30 illik siyasi tarixində bir dəfə də olsun zorakı metodlardan istifadə etməmiş təşkilatın üzvünə terrorçuluğu maliyyələşdirmə ittihamı vermək absurddur, hüququn ayaq altına atılması və siyasi qisasçılıqdır. Partiya dövlət səviyyəsində hüquqsuzluğa və zorakılığa son qoyulmasını tələb edir.

İkibaşlı hökumət

  • 18 May 2020
  • comments

Operativ qərargahın 18 may məlumatı

  • 18 May 2020
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Beşlikdə son nöqtə

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda