• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İşğalçı rejim Şuşada andiçmə keçirəcək

  • 15 May 2020
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Azərbaycan torpaqlarında qanunsuz qurulan işğalçı Dağlıq Qarabağ rejiminin yeni rəhbəri Araik Arutunyan mayın 21-də and içərək səlahiyyətlərinin icrasına başlayacaq. Novator.az bildirir ki, mərasim Şuşa şəhərinə təyin olunub.

Həmin gün Xankəndidə yeni “parlamentin” ilk iclası da olacaq.

Martın 31-i Dağlıq Qarabağda “prezident və parlament seçkiləri” keçirilib. Proporsional sistemlə seçilən 33 nəfərlik “parlamentə” 5 siyasi qüvvə düşüb. Azad Vətən Partiyası 16, Vahid Vətən Partiyası 9, Ədalət və Daşnaksütun partiyalarının hər biri 3, Arsax Demokrat Partiyası 2 mandat alıb.

“Prezident seçkisi” ikinci tura qalıb, aprelin 14-də keçirilən həmin səsvermədə Araik Arutunyan qalib gəlib.

1973-cü ildə Xankəndidə doğulan Araik Arutunyan Azərbaycana qarşı işğalçı müharibənin iştirakçısıdır.

Xankəndidəki “Arsax Dövlət Universiteti”nin iqtisadiyyat fakültəsini və həmin təhsil ocağının aspiranturasını bitirib. Texnika elmləri namizədidir.

2007-2017-ci illərdə Dağlıq Qarabağ rejiminin “baş naziri”, 2017-2018-ci illərdə “dövlət naziri” olub.

Azad Vətən Partiyasının sədridir.

1988-ci ilin fevral ayında ermənilər Azərbaycanın Mardakert, Əsgəran, Martuni, Hadrut, Şuşa rayonları və Stepanakert şəhərindən ibarət Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistanın tərkibinə verilməsi tələbi ilə separatçı hərəkata başlayıb. Bu hərəkat getdikcə vüsət alaraq Ermənistanın Azərbaycana açıq hərbi təcavüzünə çevrilib.

1991-ci il sentyabrın 2-də ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib. Bunun ardınca işğalçı müharibə alovlanıb. 1994-cü ilin may ayında elan olunan atəşkəsə qədər Ermənistan Dağlıq Qarabağı və onun ətrafındakı Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarını ələ keçirib.

İşğalçı Dağlıq Qarabağ rejimində 1991-ci ildən bəri 7 “parlament seçkisi”, 6 “prezident seçkisi”, 7 “bələdiyyə seçkiləri”, 3 “referendum” keçirilib.

Müxtəlif illərdə rejimə Leonard Petrosyan (iki dəfə), Artur Mkrtçyan, Georgi Petrosyan, Robert Köçəryan, Arkadi Qukasyan rəhbərlik edib.

2007-ci ildən rejimin başında Bako Saakyan dayanır.

Operativ qərargahın 15 may məlumatı

  • 15 May 2020
  • comments

8 günlük bayram tətili

  • 15 May 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Beşlikdə son nöqtə

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda