• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Tibb işçilərinə ödəmələr kəsilir?

  • 12 May 2020
  • comments
  • hikmet
  • Posted in ManşetŞərh

Martın 18-də prezident İlham Əliyev koronavirusla mübarizə və profilaktika tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsini gücləndirməyə sərəncam verib. Sənəd dövlət tibb müəssisələrinin həmin yöndə çalışan işçilərinin əmək haqlarına aylıq vəzifə (tarif) maaşının 3-5 mislinədək miqdarda müddətli əlavə müəyyən edib.

Nazirlər Kabinetinin qərarı ilə müddətli əlavənin məbləği belə rəsmiləşib:

tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə – aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində;

təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə – aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində;

pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə – aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində.

Müddətli əlavə iş vaxtına mütənasib olaraq 2020-ci il martın 1-dən iyunun 1-dək ödənməlidir.

Novator.az-ın məlumatına görə, iqtisadçı alim, Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu ona olunan müraciətlərə əsaslanıb yazır ki, dövlət tibb müəssisələrində çalışan işçilərin əmək haqlarına müddətli əlavələr nəzərdə tutulan məbləğdə edilməyib: “Onların əməkhaqqına əlavələr Nazirlər Kabinetinin qərarında yazıldığı kimi aylıq deyil, növbədə olduqları günlərin sayı əsasında aparılır. Bu isə ödənəcək əlavə məbləğin azaldılmasına hesablanıb. Çünki həkimlər və tibb işçiləri ay ərzində maksimum 12 iş günü növbədə ola bilərlər.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevin açıqlamasına görə, mart ayında 10 mindən çox tibb işçisi koronavirusla mübarizəyə cəlb edilib və onlara əlavə olaraq 6 milyon manat vəsait ödənib. Yəni 1 nəfərə orta hesabla 600 manat verilib. Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məsələyə aydınlıq gətirməlidir”.

2020-ci il martın 1-nə Azərbaycanda əhaliyə səhiyyə xidməti və sosial xidmətlərin göstərilməsi sahəsində orta maaş 437,8 manat olub.

2019-cu ilin dekabrında Çində üzə çıxan koronavirus xəstəliyi 212 ölkə və əraziyə yayılıb, 287 mindən çox adam ölüb.

Azərbaycanda 2589 nəfərin koronavirusa yoluxması bilinib, onların 1680-i müalicə olunaraq sağalıb, 32-si vəfat edib, 877-si xüsusi rejimli xəstəxanalardadır.

Məşğulluq qanununda nə dəyişsin?

  • 12 May 2020
  • comments

Yeni rektor

  • 12 May 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • Hüquq
  • Səhiyyə
  • Sosial

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda