• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Paşinyanın Qarabağ səfərləri

  • 12 May 2020
  • comments
  • hikmet
  • Posted in ManşetŞərh

Ermənistanın baş naziri Nikol Paşinyan mayın 9-da həyat yoldaşı Anna Akopyanla birgə Azərbaycanın işğaldakı torpaqlarına gələrək Şuşanın ələ keçirilməsinin 28-ci ili mərasimlərinə qatıldı və bəzi hərbi hissələrə baş çəkdi.

Əsası 18-ci əsrdə qoyulan Şuşa 1750-ci ildən Qarabağ xanlığının paytaxtı, 1822-ci ildən Qarabağ əyalətinin (daha sonra Şuşa qəzasının) baş şəhəri, 1923-cü ildən isə Azərbaycanın Dağlıq Qarabağ vilayətində rayon mərkəzi olub.

1988-ci ildə ermənilər Dağlıq Qarabağın Ermənistana verilməsi tələbi ilə separatçı hərəkata başlayıb. Bu hərəkat getdikcə vüsət alaraq Ermənistanın Azərbaycana açıq hərbi təcavüzünə çevrilib.

1991-ci il sentyabrın 2-də ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib. Bunun ardınca işğalçı müharibə alovlanıb, bölgə hissə-hissə ermənilərin əlinə keçib.

1992-ci il mayın 8-nə keçən gecə Dağlıq Qarabağda azərbaycanlıların əsas dayaq nöqtəsi olan Şuşaya hücum edən erməni birləşmələri mayın 9-da şəhəri ələ keçirib. Bununla da Dağlıq Qarabağın işğalı başa çatıb.

1993-cü ildən bəri ermənilər Dağlıq Qarabağ ətrafındakı Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarını da işğal altında saxlayır.

1975-ci il təvəllüdlü Nikol Paşinyan 2018-ci il mayın 8-dən Ermənistanın baş naziridir. Həyat yoldaşı Anna Akopyan “Aykakan jamanak” qəzetinin baş redaktorudur. Onların oğlu Aşot Paşinyan 2018-ci ilin iyul ayından Dağlıq Qarabağda hərbi xidmət keçir.

Novator.az Ermənistan hökumətinin rəsmi saytına (Gov.am) istinadla bildirir ki, 9 may 2020-ci il səfəri baş nazir postuna oturandan bəri Nikol Paşinyanın Azərbaycan torpaqlarına rəsmən bəyan edilən 8-ci səfəri olub.

Nikol Paşinyan Dağlıq Qarabağa ilk dəfə 2018-ci il mayın 9-da gəlib.

2018-ci ildə daha iki səfər qeydə alınıb: iyunun 16-da və sentyabrın 18-də.

2019-cu ildə Nikol Paşinyan martın 11-12-də, mayın 9-da və avqustun 5-7-də Dağlıq Qarabağda olub.

2020-ci ilin ilk səfəri yanvarın 28-nə təsadüf edib.

Üç xidmətin əsasnamələri təsdiqləndi

  • 12 May 2020
  • comments

Prezidentdən çağırış

  • 12 May 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetTribuna

Amerikalı general: ABŞ kosmosda taxtdan düşə bilər

GLOBALS:0
comments
Dünyanın səsiManşetŞərh

Qərb İran hakimiyyətini necə devirmişdi? – CNN

GLOBALS:0
comments
Dünyanın səsiManşetŞərh

Savaşan dövlətlərin siyasi sistemi

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Bunker bombası və Fordodakı nüvə təsisatı – “Assoşieyted Press”

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetTribuna

Amerikalı general: ABŞ kosmosda taxtdan düşə bilər

Son materiallar

comments
Dünyanın səsiManşetTribuna

Amerikalı general: ABŞ kosmosda taxtdan düşə bilər

GLOBALS:0
comments
Dünyanın səsiManşetŞərh

Qərb İran hakimiyyətini necə devirmişdi? – CNN

GLOBALS:0
comments
Dünyanın səsiManşetŞərh

Savaşan dövlətlərin siyasi sistemi

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda