• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Mədəniyyət Nazirliyindəki həbslərlə bağlı rəsmi açıqlama

  • 12 May 2020
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Prezident İlham Əliyev mayın 9-da sərəncamlar imzalayaraq Rafiq Yasin oğlu Bayramovu mədəniyyət nazirinin müavini, Zakir İmran oğlu Sultanovu Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi vəzifələrindən azad edib.

Dövlət Təhlükəsizliyi Xidmətinin 12 may məlumatında qeyd olunur ki, araşdırmalarla Rafiq Bayramov və Zakir Sultanovun vəzifə səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə, vətəndaşların hüquqlarına mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələrinə dair bilgilər əldə edilib: “2020-ci il mayın 8-də məhkəmənin qərarı əsasında Rafiq Bayramov və Zakir Sultanovun xidmət və yaşayış ünvanlarına keçirilmiş baxış zamanı Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin qəbul etdikləri pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, ayrı-ayrı valyutalarda saxlanan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.

İstintaq araşdırmaları zamanı tarixi abidələrin və mədəniyyət nümunələrinin qorunması, bərpası, rekonstruksiyası və mühafizəsi üçün zəruri işlərin görülməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlərin bir hissəsini Zakir Sultanovun müntəzəm mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Xüsusi arxitektura-memarlıq üslubuna malik binalarda rekonstruksiya işlərinin aparılmasına maddi maraq müqabilində vəzifə səlahiyyətlərindən istifadə edərək razılıq verilməsi ilə bağlı məlumatlar araşdırılır.

Həmçinin araşdırmalar nəticəsində Rafiq Bayramovun Mədəniyyət Nazirliyinin regional idarələrinin rəhbərləri vasitəsilə rayonlarda fəaliyyət göstərən musiqi məktəblərində müəllimlərin adına artıq tədris saatları rəsmiləşdirərək bunun müqabilində onların əmək haqlarından tutulan vəsaitləri, habelə müxtəlif qanunsuz yollarla əldə edilən digər vəsaitləri hər ay toplayaraq ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Musiqi məktəblərinin, mədəniyyət evlərinin, kitabxanaların, rəsm məktəblərinin, qalereyaların, klubların, muzeylərin və sair mədəniyyət müəssisələrinin tikintisi, cari və əsaslı təmiri işlərinə görə ayrılan dövlət vəsaitlərinin bir hissəsini Rafiq Bayramovun şəxsən və Mədəniyyət Nazirliyinin regional idarələrinin rəhbərləri vasitəsilə müntəzəm nağdlaşdırıb mənimsədiyinə dair məlumatlar əldə edilib.

Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Rafiq Bayramov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığı, Zakir Sultanov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və mənimsəmə faktlarına görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir”.

Novator.az bildirir ki, mədəniyyət naziri postunu Əbülfəs Qarayev tutur.

1956-cı il təvəllüdlü Əbülfəs Qarayev Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunu və İctimai Elmlər Akademiyasının (Moskva) aspiranturasını bitirib. Fəlsəfə elmləri namizədidir.

1980-1985-ci illərdə Azərbaycan Komsomolunun Mərkəzi Komitəsində təlimatçı, bölmə müdiri, 1985-1989-cu illərdə Nərimanov Rayon Partiya Komitəsində təlimatçı, şöbə müdiri vəzifələrində çalışıb.

1992-1993-cü illərdə Bakı Politologiya və Sosial İdarəetmə İnstitutunun baş müəllimi olub, 1993-1994-cü illərdə biznes sahəsində fəaliyyət göstərib.

1994-cü ildən gənclər və idman naziri, 2001-ci ildən gənclər, idman və turizm naziri; 2006-cı ildən mədəniyyət və turizm naziri postlarını tutub. 2018-ci ildən mədəniyyət naziridir.

Korrupsiyanı yenmək modeli

  • 12 May 2020
  • comments

Üç xidmətin əsasnamələri təsdiqləndi

  • 12 May 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0

Tags

  • Hüquq
  • Mədəniyyət

Rəylər

Do not miss

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda