2020-ci ilin aprel ayında Azərbaycanın gündəlik neft hasilatı 771,4 min barrel olub. Hesabatı Energetika Nazirliyi mayın 12-də yayıb.
Başqa bir rəsmi məlumata görə, “AzəriLayt” markalı Azərbaycan neftinin barreli mayın 12-də 30,66 dollara satılır.
Novator.az bildirir ki, Azərbaycanın 2020-ci il büdcəsində bir barrel neftin qiyməti 55 dollardan götürülüb. “AzəriLayt” yanvara 70,04, fevrala 62,15, marta 53,77, aprelə 19,43, maya 22,92 dollarla başlayıb.
Beynəlxalq razılaşmaya əsasən, mayın 1-dən Azərbaycanın gündəlik neft hasilatı 554 min barrel, iyulun 1-dən 587 min barrel, 2021-ci il yanvarın 1-dən 620 min barrel olmalıdır.