AXCP fəalı, partiya sədri Əli Kərimlinin mühafizəçisi Ruslan Əmirov mayın 9-da Daxili İşlər Nazirliyinin Bakının Binəqədi rayonundakı inzibati həbs məntəqəsindən azadlığa buraxılıb. Novator.az bildirir ki, Ruslan Əmirov aprelin 9-u paytaxtda tutularaq karantin rejimini pozmaq ittihamı ilə 30 sutka inzibati həbs cəzası almışdı.
Hazırda 10 AXCP fəalı inzibati həbs cəzası çəkir.
Aprelin 10-u Nicat Abdullayev Bakıda tutularaq polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaq ittihamı ilə 30 sutka inzibati həbsə məhkum edilib.
Aprelin 13-ü Baba Süleyman Bakıda tutularaq karantin rejimini pozmaq ittihamı ilə 30 sutka inzibati həbs cəzası alıb.
Aprelin 16-sı AXCP sədrinin mühafizəçisi Niyaməddin Əhmədov Bakıda tutularaq polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaq və karantin rejiminin tələbini pozmaq ittihamı ilə 30 sutka inzibati həbsə məhkum edilib.
Aprelin 18-i Bakıda İslam İslamzadəyə karantin rejimini pozmaq və polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaq ittihamları ilə 30 sutka inzibati həbs cəzası kəsilib.
Aprelin 22-si Bakıda Əvəz Əhmədova və Arif Babayevə 30 sutka inzibati həbs cəzaları verilib. Əvəz Əhmədov polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaqda, Arif Babayev internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsində təqsirli bilinib.
Aprelin 25-i Şəmsi Kəsəmənli Abşeron rayonunda karantin rejimini pozmaq və polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaq ittihamları ilə 15 sutka inzibati həbs cəzası alıb.
Mayın 2-si Salyanda Sərdar Qubadsoya 25 sutka inzibatı həbs cəzası verilib. O, polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaqda təqsirli bilinib.
Mayın 4-ü Bakıda Elvin Məmmədova 30 sutka inzibati həbs cəzası verilib.
Mayın 6-sı Ramid Nağıyev Bakıda tutularaq 30 sutka inzibati həbsə məhkum edilib.