• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Paşinyanın iki ili

  • 08 May 2020
  • comments
  • hikmet
  • Posted in ManşetŞərh

Nikol Paşinyanın Ermənistanın baş naziri postuna oturmasından iki il ötür.

Novator.az bildirir ki, 1975-ci ildə Ermənistanın İcevan şəhərində doğulan Nikol Paşinyan Yerevan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil alıb. 1995-ci ildə siyasi mülahizələrlə universitetdən qovulduğu üçün onun ali təhsil diplomu yoxdur.

Gənclik illərində Nikol Paşinyan “Dprutyun” və “Lraqir” qəzetlərində müxbir, “Molorak” qəzetində redaktor, “Oraqir” və “Aykakan jamanak” qəzetlərində baş redaktor vəzifələrini tutub.

2009-2011-ci illərdə həbsdə yatıb.

2012-ci ilin parlament seçkisinə Erməni Milli Konqresindən qatılan Nikol Paşinyan deputat mandatı alıb.

Əsası 2013-cü ildə qoyulmuş Vətəndaş Sazişi Partiyasının lideridir. 2017-ci ilin parlament seçkisində Vətəndaş Sazişi Partiyası daha iki partiya ilə birgə “Çıxış” bloku yaradıb. Blok 105 nəfərlik parlamentə 9 mandat qazanıb.

2018-ci il martın 31-dən Nikol Paşinyan Ermənistanda prezident Serj Sərkisyanın baş nazir olmaq niyyətinə qarşı xalq hərəkatına başçılıq edib. Aprelin 9-da Serj Sərkisyanın prezident səlahiyyətləri başa çatıb. Həmin gün ölkə parlament idarə üsuluna keçdiyi üçün icra hakimiyyətinə rəhbərlik baş nazirə ötürülüb. Aprelin 17-də Serj Sərkisyan baş nazir kürsüsünə oturub, ancaq aprelin 23-də xalq etirazlarına tab gətirməyərək istefa verib. Ermənistan hökumətinə müvəqqəti rəhbərlik baş nazirin birinci müavini, qarabağlı Karen Karapetyana həvalə olunub.

Mayın 8-dən baş nazir postuna Nikol Paşinyan keçib. Bununla Azərbaycanın Dağlıq Qarabağ bölgəsində doğulan şəxslərin 20 ildən çox çəkən hakimiyyətinə son qoyulub. Qarabağlı Robert Köçəryan 1998-ci ilin fevralından baş nazir kimi prezident səlahiyyətlərini icra edib, 1998 və 2003-cü illərdə dövlət başçısı seçilib. 2008-ci ildə onu qarabağlı Serj Sərkisyan əvəzləyib, 2013-cü ildə prezident kürsüsünü əlində saxlayıb.

2018-ci il dekabrın 9-da keçirilmiş növbədənkənar parlament seçkisində Nikol Paşinyanın “Mənim addımım” bloku qələbə qazanaraq hökumət qurub. “Mənim addımım” bloku 132 deputatdan ibarət parlamentdə 88 mandatla təmsil edilir.

Ermənistan hökuməti baş nazirdən, onun iki müavinindən və 12 nazirdən ibarətdir.

Baş nazirin müavini postlarını Tiqran Avinyan və Mger Qriqoryan tuturlar.

Zöhrab Mnasakanyan xarici işlər naziri, David Tonoyan müdafiə naziri, Rustam Badasyan ədliyyə naziri, Feliks Solakyan fövqəladə hallar naziri, Atom Cancuqazyan maliyyə naziri, Tiqran Xaçatryan iqtisadiyyat naziri, Akob Arşakyan yüksək texnologiyalar sənayesi naziri, Suren Papikyan ərazi idarəçiliyi və infrastruktur naziri, Zarui Batoyan əmək və sosial məsələlər naziri, Araik Arutyunyan elm, təhsil, mədəniyyət və idman naziri, Arsen Torosyan səhiyyə naziridir.

Təbiəti mühafizə naziri vəzifəsi boşdur.

Avropa Məhkəməsindən yeni qərarlar gəlir

  • 08 May 2020
  • comments

İranla sazişin Qarabağ sədası

  • 08 May 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

Estoniyada rus əməliyyatı necə bitdi?

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Trampın həftəsi – Hüquq professoru yazır

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

İsrailin Çindən İran umacağı – “Bloomberg”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

Pəhləvi Trampa ismarış göndərib – “Foks Nyus”

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetXəbər

Estoniyada rus əməliyyatı necə bitdi?

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

Estoniyada rus əməliyyatı necə bitdi?

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Trampın həftəsi – Hüquq professoru yazır

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

İsrailin Çindən İran umacağı – “Bloomberg”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda