• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İranla sazişin Qarabağ sədası

  • 08 May 2020
  • comments
  • hikmet
  • Posted in ManşetŞərh

2016-cı il fevralın 23-ü Tehranda Azərbaycan və İran hökumətləri arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq sazişi imzalanıb. Milli Məclis həmin sazişi 2016-cı il iyunun 16-da yekdilliklə təsdiqləyib.

Bu işlər çərçivəsində İrandan 1993-cü ildən Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərinə körpülərin salındığı bilinib.

Novator.az-ın məlumatına görə, Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli yazır ki, İranla 2016-cı il razılaşması Azərbaycan hakimiyyətinin, ilk növbədə Xarici İşlər Nazirliyinin diplomatik maymaqlığının nəticəsidir: “2016-cı ilin fevral ayında imzalanan və ictimaiyyətdən gizli saxlanan sazişlə erməni işğalı nəticəsində nəzarət olunmayan ərazilərdə İrana siyasi, iqtisadi, hüquqi imtiyazlar verilib. Sazişin subyekti olan ərazilər Azərbaycan hakimiyyətinin nəzarətində deyil. Ən azı qeyd etmək olardı ki, sazişin icrasına onun subyekti olan ərazilər işğaldan azad edildikdən sonra başlanacaq.

Tək İrana yox, işğalçı Ermənistana və Dağlıq Qarabağın separatçı rejiminə imtiyaz verilib. Separatçı rejimə verilən imtiyazların Azərbaycan büdcəsi hesabına xərci də ödənib. Ölkənin Xarici İşlər Nazirliyi, prezidentin xarici siyasət məsələləri üzrə müşaviri, sərhəd və təhlükəsizlik qurumları necə və hansı ağılla bu sazişə rəy veriblər?

İran son bir neçə ildir sanksiya altındadır. Öz yanacaq məhsullarını çıxarmağa fürsət axtarır. Azərbaycan hakimiyyətinin xeyir-duası ilə Araz çayı üzərindən salınan körpüdə Azərbaycanın sərhəd xidməti yox, gömürük xidməti yox. Kim nəzarət edir ki, oradan nə aparılır, kim təminat verə bilər ki, işğal olunmuş ərazilərdə daim bizi təhdid edən erməni hərbi texnikası ucuz İran yanacağı ilə üzərimizə gəlmir?

Ölkənin təhlüksizliyinə birbaşa zərbə olan bu saziş Milli Məclisdə necə ratifikasiya edilib? 99 deputat bu sazişin ratifikasiyasına səs verib. Necə olur ki, 99 deputatdan biri ölkənin maraqlarına ciddi zərbə vuran bu sazişi sorğulamayıb, izahat tələb etməyib?”

AXCP-nin etiraz bəyanatında qeyd olunur ki, Azərbaycan hakimiyyəti 2016-cı ildə imzaladığı sazişlə ölkənin ərazilərini işğal etmiş Ermənistanı və separatçı Dağlıq Qarabağ rejimini blokadadan çıxarmış olur: “Bu avantüra işğalçı ordunun hərbi üstünlüyünü təmin edir. Azərbaycan öz torpaqlarını hərblə geri almaq qərarı verərsə, o zaman Ermənistanın bu körpüdən hərbi məqsədlərlə istifadə etməyəcəyinə heç bir təminat yoxdur. AXCP hakimiyyətdən bu addımlardan dərhal imtina etməyi, məlum tikintilərin ləğvi, istifadəsinin dayandırılması üçün işə başlamağı tələb edir”.

Azərbaycan Demokratiya və Rifah Hərəkatının bəyanatında vurğulanır ki, Azərbaycan hakimiyyəti 2016-cı il sazişi ilə, Araz çayı üzərindən İranı hazırda ermənilərin nəzarətində olan Azərbaycan torpaqları ilə birləşdirən körpünün tikilməsinə icazə verməklə separatçı rejimin əlində olan ərazilərdə qeyri-qanuni biznes fəaliyyətini legitimləşdirib: “Azərbaycan hakimiyyəti erməni qüvvələrinin sanksiya altında olan İranla işbirliyindən yaranan nəticələrə görə məsuliyyəti öz üzərinə götürərək yaranan qlobal təhlükəsizlik qaydalarını da pozub”.

Paşinyanın iki ili

  • 08 May 2020
  • comments

Xoşbəxt Şuşa sonluğu

  • 08 May 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda