• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Hakimiyyətdəki veteranlar

  • 07 May 2020
  • comments
  • hikmet
  • Posted in AktualManşetŞərh

Mayın 1-də Zakir Qaralov baş prokuror vəzifəsini təhvil verdi. O, səlahiyyət müddəti 5 il olan baş prokuror postuna Heydər Əliyevin prezidentlik etdiyi 2000-ci ildə gətirilmiş, İlham Əliyevin prezidentliyi zamanı üç dəfə – 2005, 2010 və 2015-ci illərdə yenidən həmin kürsüyə təyinat almışdı.

İlham Əliyev 2003, 2008, 2013-cü illərin oktyabr aylarında və 2018-ci ilin aprel ayında prezident seçilib. 1993-cü il iyunun 24-dən 2003-cü il oktyabrın 31-dək isə onun atası Heydər Əliyev dövlət başçısı olub.

Novator.az bildirir ki, hazırda məhkəmə, ədliyyə, hüquq mühafizə, müdafiə, təhlükəsizlik sistemlərində yüksək vəzifələr tutan 8 nəfər Heydər Əliyev dövrünün kadrlarıdır.

2005-ci ildən Ali Məhkəmənin sədri olan Ramiz Rzayev 1995-ci ildən ölkənin hərbi prokuroru, 2000-ci ildən baş prokurorun birinci müavini vəzifələrində çalışıb.

Fikrət Məmmədov 2000-ci ildən ədliyyə naziridir.

Prezidentin köməkçisi, Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov bu dövlət aparatına 1994-cü ildə gətirilib.

2013-cü ildən müdafiə naziri olan Zakir Həsənov 2003-cü ilin yanvarından daxili işlər nazirinin müavini – Daxili Qoşunların komandanı vəzifəsində çalışıb.

Elçin Quliyev 2002-ci ildən Dövlət Sərhəd Xidmətinin rəisidir.

Prezidentin köməkçisi, Prezident Administrasiyasının hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyev 1993-2007-ci illərdə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsini tutub.

Təhlükəsizlik Şurasının katibi Ramil Usubov 1994-2019-cu illərdə daxili işlər naziri olub.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov 1995-ci ildən 2006-cı ilədək Dövlət Gömrük Komitəsinin sədri vəzifəsini tutub.

Fikrət Məmmədov, Zakir Həsənov, Elçin Quliyev, Kəmaləddin Heydərov Nazirlər Kabinetinin üzvləridir. Nazirlər Kabinetində daha 4 nəfər İlham Əliyevin prezidentliyinə qədər yüksək postlarda xidmət edib.

2019-cu ildən baş nazir olan Əli Əsədov 1998-ci ildən prezidentin iqtisadi məsələlər üzrə köməkçisi, 2012-ci ildən Prezident Administrasiyası rəhbərinin müavini, 2017-ci ildən prezidentin iqtisadi məsələlər üzrə köməkçisi-şöbə müdiri vəzifələrində işləyib.

Baş nazirin birinci müavini Yaqub Eyyubov hökumətdə 1997-ci ildən təmsil olunur. 1999-cu ilədək Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsinə sədrlik edib, 2003-cü ilədək baş nazirin müavini postunu tutub.

Mədəniyyət naziri Əbülfəs Qarayev 1994-cü ildən kabinetdədir. 2006-cı ilədək gənclər və idman naziri, 2018-ci ilədək mədəniyyət və turizm naziri vəzifələrində işləyib.

2006-cı ildən maliyyə naziri olan Samir Şərifov 2001-ci ildən Dövlət Neft Fondunun icraçı direktoru postunu tutub.

Digər qurumlara gəlincə, Elman Rüstəmov 1995-ci ildən Mərkəzi Bankın (2009-cu ilədək Milli Bankın) sədri postundadır.

Prezident Administrasiyasının vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov aparata 1996-cı ildə təyinat alıb.

Prezidentin köməkçisi, Prezident Administrasiyasının dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənov 2000-2001-ci illərdə dövlət əmlakı nazirinin müavini vəzifəsində çalışıb, 2005-ci ildən Əmlak Məsələləri Dövlət Komitəsinin sədri olub.

Prezident Administrasiyasının hüquq ekspertizası şöbəsinin müdiri Şahin Əliyev isə Heydər Əliyevin hakimiyyətə gəldiyi 1993-cü ilədək də şöbə müdiri idi.

Yupiterin yeni fotoları üzə çıxıb

  • 07 May 2020
  • comments

AXCP üzvünə 30 sutka həbs verilib

  • 07 May 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda